Page 669 - design_Topcubashov_Full_Layout 1
P. 669

İzahlar və şərhlər


           Respublikasının baş naziri (may-noyabr, 1918), xarici işlәr naziri
           (may-noyabr, 1920) vәzifәlәrini tutmuş, Paris sülh konfransında
           ermәni nümayәndә heyәtinin üzvü olmuşdu.
           496  Әziz bәy Meker (1877–1941) – çәrkәz әsilli ictimai xadim, alim,
           diplomat. 1919-cu ildә Dağlılar Respublikasının nümayәndә heyәtinin
           tәrkibindә Paris sülh konfransında iştirak etmişdi. Sonrakı hәyatı
           Türkiyәdә keçmiş, burada  Ankara Ziraәt (Әkinçilik) İnstitutunun
           rektoru olmuşdu. 1919-cu ildә Parisdә fransız dilindә “Ruslar
           Çәrkәzistanda” (1760–1864) adlı kitab çap etdirmişdi.
           497  Firuz Mirzә Nüsrәtüddövlә (1889–1937)  – Azәrbaycan әsilli
           İran siyasәtçisi vә dövlәt xadimi. 1919–1920-ci illәrdә İranın xarici
           işlәr naziri. İranda hәr vasitә ilә Böyük Britaniya nüfuzunu güclәndirmәk,
           onu ingilis protektoratına çevirmәk, hәtta ingilislәrin kömәyilә şahı
           devirib hakimiyyәtә gәlmәk istәyirdi.
           498  Harbord (Harbord James Gutrie, 1866–1947) – ABŞ hәrbçisi,
           general-leytenant. 1919-cu ilin avqustunda  ABŞ prezidenti  Vudro
           Vilsonun tapşırığı ilә Yaxın Şәrq vә Qafqazdakı vәziyyәti öyrәnmәk
           üçün xüsusi missiyanın rәhbәri kimi  Türkiyәdә olmuşdu. Sәfәr
           çәrçivәsindә Cәnubi Qafqaz respublikalarında, elәcә dә Azәrbaycanda
           olmuş, burada baş nazir N.Yusifbәyli vә xarici işlәr naziri M.Y.Cәfәrovla  669
           görüşüb hәrtәrәfli müzakirәlәr aparmışdı. Amma hazırladığı hesabatlarda
           uydurma ermәni soyqırımının dәstәklәnmәsi mövqeyindәn çıxış
           etmiş, habelә yәhudi dövlәtinin yaradılması ideyasını ardıcıl
           dәstәklәmişdi.
           499  Polk (Polk Frank Lyon, 1871–1943) – Amerika hüquqşünası vә
           diplomat. ABŞ Dövlәt katibinin müavini kimi 1919–1920-ci illәrdә
           Paris sülh konfransında  Amerika sülh danışıqları komissiyasının
           fәaliyyәtinә rәhbәrlik etmiş, prezident  V.Vilson vә Dövlәt katibi
           R.Lansinqin Parisi tәrk etmәlәrindәn sonra ABŞ heyәtinin başçısı
           olmuşdu. General Harbordun Qafqaz missiyası haqda Ә.Topçubaşova
           13 avqust 1919-cu il tarixli mәktubu var.
           500  Rey (Rey James Klark) – ABŞ ordusunun zabiti, polkovnik.
           Müttәfiqlәrin Zaqafqaziyadakı ali komissarlığının qәrargah rәisi.
           Dәfәlәrlә Naxçıvanda, Gәncәdә, Bakıda olmuşdu. Gәncә Şәhәr
           Dumasının qәrarı ilә 1919-cu il oktyabrın 26-da adı Gәncәnin fәxri
           vәtәndaşları siyahısına daxil edilmişdi.
           501  Loris-Melikov Mixail Tarieloviç ( 1825–1888) – qraf, ermәni
           әsilli Rusiya dövlәt xadimi. Çar II Aleksandrın hakimiyyәti illәrindә
           imperiyanın daxili işlәr naziri olmuşdu.
   664   665   666   667   668   669   670   671   672   673   674