Page 664 - design_Topcubashov_Full_Layout 1
P. 664

İzahlar və şərhlər

                  453 Avksentyev Nikolay Dmitriyeviç (1878–1943) – rus siyasi xadimi.
                  Fevral inqilabından sonra Petroqrad fәhlә, әsgәr vә matros deputatları
                  sovetinin üzvü, Müvәqqәti hökumәtin ikinci kabinetindә daxili işlәr
                  naziri vәzifәsindә çalışmışdı. Rusiya Müәssislәr Mәclisinә seçilmişdi.
                  454
                    Mallet (Sir Louis du Pan Mallet, 1864–1936) – ingilis diplomatı,
                  Birinci Dünya müharibәsi әrәfәsindә İngiltәrәnin İstanbul sәfiri tәyin
                  edilmişdi. Müharibә illәrindә Britaniya Forin Ofisinin nümayәndәsi
                  kimi hәrbi әsirlәrlә mәşğul olmuşdu. Paris sülh konfransında Britaniya
                  nümayәndә heyәtinin tәrkibindә çalışmışdı.
                  455
                    Morqentau (Morgenthau Henry, 1856–1946) – ABŞ diplomatı.
                  Birinci Dünya müharibәsi illәrindә ABŞ-ın İstanbul sәfiri. Uydurma
                  ermәni soyqırımının әn qızğın tәrәfdarlarından biri. Nyu-Yorkda bu
                  mövzuda qәlәmә alınmış “Sәfir Morqentonun tarixi”, “Bosfor sirlәri”
                  kimi kitablar çap etdirmiş vә ABŞ Senatına xüsusi mәruzә hazırlamışdı.
                  Tәbii ki, Qafqazla bağlı hazırladığı mәruzә dә qeyri-obyektivliyi,
                  birtәrәfliliyi ilә seçilirdi.
                  456 Vilson (Wilson Thomas Wudroo, 1856–1924) – Amerika siyasәtçisi
                  vә dövlәt xadimi, ABŞ-ın 28-ci prezidenti (1913–1921). Nobel sülh
                  mükafatı laureatı (1919). Birinci Dünya müharibәsindәn sonra dünyanın
                  yeni siyasi xәritәsi әsas etibarilә onun müәllifi olduğu “Vilson
         664      prinsiplәri”nә müvafiq qurulmuşdu.
                  457 Millәtlәr Liqası – 1918–1920-ci illәrin Versal-Vaşinqton razılaşmaları
                  әsasında fәaliyyәt göstәrәn beynәlxalq cәmiyyәt. Birlәşmiş Millәtlәr
                  Tәşkilatının sәlәfi. Tәrksilah, hәrbi müdaxilәlәrin qarşısının alınması,
                  kollektiv tәhlükәsizliyin tәmin olunması, münaqişәlәrin diplomatik
                  danışıqlar yolu ilә nizama salınması, Yer kürәsindә hәyat keyfiyyәtinin
                  yüksәldilmәsi vә s. mәsәlәlәrlә mәşğul olurdu. 1934–1935-ci illәrdә
                  tәrkibinә 58 dövlәt daxil idi. BMT-nin yaradılması ilә әlaqәdar 1946-cı
                  ildә Millәtlәr Liqasının fәaliyyәtinә xitam verilmişdi.
                  458  Millәtlәr Cәmiyyәti – Millәtlәr Liqasının başqa bir adı.
                  459  Balfur (Artur James Balfour, 1848–1930) – qraf, Böyük Britaniya
                  siyasәtçisi vә dövlәt xadimi. Müxtәlif vaxtlarda xarici işlәr naziri vә
                  baş nazir (lord-sәdr) vәzifәlәrini tutmuşdu. 1917-ci ildә Yaxın Şәrqdә
                  yәhudi dövlәtinin yaradılması istiqamәtindә ilk addım sayılan “Balfur
                  bәyannamәsi”ni imzalamışdı.
                  460  Orlando (Vittorio Emanuele Orlando, 1860–1952)  – İtaliya
                  siyasәtçisi vә dövlәt xadimi, 1917–1919-cu illәrdә İtaliya Respublikasının
                  baş naziri. Paris sülh konfransının aparıcı simalarından biri.
                  461  Sәfvәt bәy Mәlikov (1891–1975)  – azәrbaycanlı diplomat.
                  H.Zәrdabinin oğlu. Riqa Politexnik İnstitutunda vә  Almaniyada
   659   660   661   662   663   664   665   666   667   668   669