Page 662 - design_Topcubashov_Full_Layout 1
P. 662
İzahlar və şərhlər
436 Prinkipo adası – yunanca: “Prins”. Mәrmәrә dәnizindә Türkiyәyә
mәxsus ada. Türk mәnbәlәrindә daha çox Böyükada, yaxud Uzunada
kimi tanınır. Keçmişdә aristokratiyanın sevimli әylәncә yerlәrindәn
biri sayılırdı.
437
Karaev (Karev Georgi İvanoviç, ?–1950) – Don kazaklarının
ictimai-siyasi xadimi. 1917–1918-ci illәrdә ataman A.M.Kaledinin
hökumәtindә maliyyә naziri. 1918-ci ildә ataman P.N.Krasnov
tәrәfindәn Paris sülh konfransında Don nümayәndә heyәtinin başçısı
tәyin edilmişdi. 1920-ci ildәn siyasi mühacir.
438
Bıç Luka Lavrenyeviç (1870–1945) – kazak siyasәtçisi vә ictimai
xadim, 1917–1918-ci illәrdә Kuban hökumәtinin ilk sәdri. 1900-cü
ildәn Bakıda yaşamış, “Xәzәr dәnizi vә Volqa çayında gәmiçilik üzrә
Şәrq nәqliyyat cәmiyyәti”nin direktoru olmuş, 1912-ci ildә Bakının
şәhәr başçısı seçilmişdi.
439
Rtsxiladze İrakli İllarionoviç – gürcü siyasәtçisi, Gürcüstan
Parlamentinin vә Paris Sülh konfransında gürcü nümayәndә heyәtinin
üzvü. Bir müddәt heyәt başçısının müavini vәzifәsini yerinә yetirmişdi.
440
Vebb (Sir Richar Webb, 1870–1950) – ingilis hәrbçisi, admiral.
1920–1922-ci illәrdә Böyük Britaniyanın Aralıq dәnizindәki
komandanının müavini. Mәnzil-qәrargahı İstanbulda yerlәşirdi.
662 441
Müttәfiq dövlәtlәr (daha çox Alliees, yaxud Antanta kimi tanınır)
– Birinci Dünya müharibәsindә “Üçlü ittifaq”a (Almaniya, Avstriya-
Macarıstan vә İtaliya) әks qüvvә kimi yaradılan Rusiya, Böyük
Britaniya vә Fransanın hәrbi-siyasi birliyi. Әsasәn, 1904–1907-ci
illәrdә formalaşma prosesi keçmişdi.
442
Benjamin Burqes Moore (Benjamin Burgas Moore) –ABŞ
hәrbçisi, polkovnik, amerikan generalı Harbordun rәhbәrliyi altında
Paris sülh konfransı tәrәfindәn keçmiş Rusiya imperiyasının cәnubunda
sosial-siyasi vә iqtisadi vәziyyәtlә tanışlıq mәqsәdi ilә yaradılan vә
regiona sәfәr edәn komissiyanın Qafqaz bölmәsinin rәhbәri.
443
Kerenka – Kerenskinin rәhbәrlik etdiyi Müvәqqәti hökumәtin
tәdavülә buraxdığı pul vahidi.
444 Franşe d`Espere (Louis Felix Marie François Franchet d`Esperey,
1856–1942) – Fransa hәrbi vә dövlәt xadimi, Fransa Respublikasının
marşalı (1921), Fransa Akademiyasının üzvü (1934). 1918-ci ilin
iyununda Müttәfiq dövlәtlәrin Balkanlardakı (Şәrq) birlәşmiş silahlı
qüvvәlәrinin komandanı tәyin edilmişdi.
445
Әlәkbәr bәy Topçubaşov (1897–1978) – Ә.Topçubaşovun böyük
oğlu. Peterburq Texnologiya İnstitutunda tәhsil almışdı. Bir müddәt