Page 657 - design_Topcubashov_Full_Layout 1
P. 657
İzahlar və şərhlər
vә almanların mәğlubiyyәti ilә sona çatan irimiqyaslı hәrbi әmәliyyat.
Nәticәdә alman ordusunun Qәrb cәbhәsindә sürәtli hücum vә Fransanı
neytrallaşdırmaq mәqsәdi güdәn strateji planları pozulmuşdu. Tarixçilәrin
fikrincә, müharibәnin son nәticәsinә tәsir göstәrәn bir döyüş olmuşdu.
397
“Yujnıy raboçiy” – 1918–1920-ci illәrdә Yekaterinoslavda çıxan
liberal istiqamәtli rus ictimai-siyasi qәzeti. Menşeviklәrin mәtbu
orqanlarından hesab olunurdu.
398 Könüllü Ordu – 1917–1920-ci illәrdә Rusiyanın cәnubundakı
vәtәndaş müharibәsi zamanı bolşeviklәrә qarşı vuruşan qüvvәlәrin –
ağqvardiyaçıların hәrbi, operativ-strateji birliyi. 1917-ci il noyabrın
2-dә (yeni tәqvimlә 15-dә) formalaşmağa başlamış, 1917-ci il dekabrın
25-dә (1918-ci il yanvarın 8-i) rәsmәn “Könüllü Ordu” adını almışdı.
Müxtәlif vaxtlarda L.Q.Kornilov, A.İ.Denikin, P.İ.Vrangel, V.Z.May-
Mayevski kimi çar hәrbçilәrinin komandanlığı altında döyüşmüşdü.
Könüllü Ordu da siyasi-strateji baxımdan “vahid vә bölünmәz Rusiya”
uğrunda mübarizәni özünün әsas mәqsәdi elan etmişdi. 1918-ci ilin
avqustunda Dağlılar Respublikası әrazisini vә Dәrbәnd şәhәrini tutan
Könüllü Ordu Azәrbaycan sәrhәdlәrinә tam yaxınlaşmışdı.
399 Bezobrazov Vladimir Mixayloviç (1857–1932) – rus hәrbi xadimi,
süvari general-leytenantı, general-adyudant. Bolşevik çevrilişindәn 657
sonra siyasi mühacir kimi Fransada yaşamışdı.
400
Sveçkin Aleksey Nikolayeviç (1859–1939) – rus diplomatı.
İstanbul vә Parisdәki rus diplomatik missiyalarında xidmәt etmişdi.
Fransadakı “Rus müşavirәsi”nin tәşkilatçılarından biri idi.
401
Ayvazov Sabri Xasanoviç (1878–1938) – Krım-tatar yazıçısı,
publisist, ictimai xadim. “Kaspi”, “Hәyat”, “Füyuzat” kimi Azәrbaycan
mәtbuat orqanlarında yaxından iştirak edirdi. Krımın qısamüddәtli
müstәqilliyi dövründә Krım-tatar Parlamenti sәdrinin müavini vә
Krımın İstanbulda diplomatik nümayәndәsi olmuşdu.
402 Çxeidze Nikolay Semyonoviç (1864–1926) – gürcü siyasәtçisi,
ictimai vә dövlәt xadimi, I vә III Dövlәt Dumalarının üzvü. Müvәqqәti
hökumәt dövründә Petroqrad Sovetinin sәdri. 1918-ci ildә Zaqafqaziya
Seyminin sәdri. Gürcü nümayәndә heyәtinin üzvü kimi Paris sülh
konfransında iştirak etmişdi.
403 Çxenkeli Akaki İvanoviç (1874–1959) – gürcü siyasәtçisi,
hüquqşünas. IV Dövlәt Dumasının üzvü. 1918-ci ilin aprelindә
Zaqafqaziya Federativ Demokratik Respublikası hökumәtinin sәdri,
may-noyabr aylarında Gürcüstanın xarici işlәr naziri, 1921–1933-cü
illәrdә Gürcüstanın Fransadakı sәfiri.