Page 658 - design_Topcubashov_Full_Layout 1
P. 658

İzahlar və şərhlər

                  404  Sereteli İrakli Georgiyeviç (1881–1959) – gürcü siyasәtçisi vә
                  dövlәt xadimi. II Dövlәt Dumasının üzvü. 1917-ci ildә Müvәqqәti
                  hökumәtin poçt vә teleqraf naziri. Gürcüstan Demokratik Respublikasının
                  liderlәrindәn biri. Paris sülh konfransında gürcü nümayәndә heyәtinin
                  üzvü. Siyasi mühacir.
                  405  Şeptitski Roman Mariya Aleksandr (1865–1944) – Ukrayna din
                  xadimi, qraf. Siyasi vә dini dairәlәrdә daha çox Mitropolit Andrey
                  kimi tanınır. Ukraynanın Rusiyadan ayrılmasının tәrәfdarlarından
                  biri.
                  406
                    Qruşevski Mixail Sergeyeviç (1866–1934) – Ukrayna tarixçisi,
                  ictimai-siyasi xadim, inqilabçı. Ukrayna milli hәrәkatının liderlәrindәn
                  biri. 1918-ci ildә Ukrayna Mәrkәzi Radasının sәdri. Müasir Ukrayna
                  tarixşünaslığının yaradıcısı. Ukrayna SSR vә SSRİ EA-nın hәqiqi
                  üzvü seçilmişdi.
                  407 Vinniçenko Vladimir Kirilloviç (1880–1951) – Ukrayna inqilabçısı,
                  ictimai-siyasi xadim, yazıçı, dramaturq, rәssam. 1917–1918-ci illәrdә
                  Ukrayna Xalq Respublikası Direktoriyasının üzvü.
                    Әliqulu xan Әnsari (1875–1938) – Qacar sülalәsi dövründә İran
                  408
                  siyasi xadimi vә diplomat. Müşavirül-Mәmalik adı ilә dә tanınır.
                  Milliyyәtcә Azәrbaycan türkü idi. İranın Osmanlı imperiyasında vә
         658      Rusiyada sәfiri olmuşdu. 1916–1919-cu illәrdә xarici işlәr naziri.
                  Paris sülh konfransında İran nümayәndә heyәtinin sәdri.
                  409
                    Haşım bәy Mәmmәdov – İstanbulda vә Paris sülh konfransında
                  Azәrbaycan nümayәndә heyәtinin әmәkdaşı, türk vә fransız dillәrindәn
                  tәrcümәçi.
                  410  Daneş bәy Mirzә Rza Әrfәüddövlә (1853–1937) – Azәrbaycan
                  әsilli İran diplomatı, ictimai-siyasi xadim, tanınmış şair vә alim.
                  İranın Tiflisdә baş konsulu, Peterburqdakı İran sәfirliyinin sәlahiyyәtli
                  naziri. Mәşrutә inqilabı dövründә әdliyyә naziri vәzifәsini tutmuşdu.
                  İran nümayәndә heyәtinin tәrkibindә Paris sülh konfransında iştirak
                  etmiş, Azәrbaycan heyәtinә yaxınlığı vә dost münasibәti ilә seçilmişdi.
                  411
                     Mirzә Hәsәn xan Müşirülmülk  – İran diplomatı, XX әsrin
                  әvvәllәrindә İranın Bakıdakı baş konsulu.
                  412  Nәsib bәy  Yusifbәyli (1881–1920)  – Azәrbaycan  siyasәtçisi,
                  ictimai vә dövlәt xadimi. 1918–1920-ci illәrdә Zaqafqaziyanın vә
                  Azәrbaycanın tanınmış liderlәrindәn biri. Azәrbaycan Cümhuriyyәti
                  hökumәtinin xalq tәhsil naziri (may, 1918 – mart, 1919), üçüncü vә
                  dördüncü hökumәt kabinetlәrindә baş nazir (mart, 1919 – mart, 1920)
                  vәzifәsini tutmuşdu. Aprel çevrilişindәn sonra namәlum şәraitdә qәtlә
                  yetirilmişdi.
   653   654   655   656   657   658   659   660   661   662   663