Page 655 - design_Topcubashov_Full_Layout 1
P. 655

İzahlar və şərhlər


           demokrat fәhlә partiyasının (bolşeviklәr) qurucusu, 1917-ci il Oktyabr
           çevrilişinin tәşkilatçı vә rәhbәrlәrindәn biri. RSFSR Xalq Komissarları
           Sovetinin sәdri (1917–1924).
           382 Trotski Lev Davıdoviç (1879–1940) – rus inqilabının ideoloqlarından
           biri, beynәlxalq kommunist hәrәkatının fәal xadimi, marksizmin
           ideya cәrәyanı sayılan trotckizmin banisi. Qırmızı ordunun vә
           Kominternin yaradıcılarından olmuşdu. Müxalif mövqeyinә görә
           1929-cu ildә Stalinin әmri ilә SSRİ-dәn qovulmuşdu.
           383  Ufa hökumәti – 1918-ci il sentyabrın 23-dә ağqvardiyaçı qüvvәlәrin
           Ufada keçirilәn Dövlәt müşavirәsindә formalaşdırılan Müvәqqәti
           Ümumrusiya hökumәti, dövlәt hakimiyyәtinin ali orqanı. Mövcudluğu
           sadәcә 1918-ci il oktyabrın 9-dan noyabrın 18-nә qәdәr davam
           etmişdi.
           384  Astrov Nikolay İvanoviç (1869–1934) – rus siyasi vә ictimai
           xadimi, kadet partiyasının üzvü. 1917-ci ildә Moskva şәhәr başçısı,
           daha sonra isә Ufa hökumәtinin üzvü olmuşdu. Siyasi mühacir.
           385  Altı Sibir hökumәti – çox güman ki, Müvәqqәti Sibir hökumәti,
           general Xorvatın işgüzar kabineti, Omsk hökumәti, Ufa Direktoriyası,
           Qәrbi Sibir Komissarlığı vә Sibir Vilayәt Duması kimi özünü hökumәt
           statusuna qaldıran ağqvardiyaçı müvәqqәti siyasi qurumlar nәzәrdә  655
           tutulur.
           386  Çernov Viktor Mixayloviç (1873–1952) – rus siyasi xadimi, fikir
           adamı vә inqilabçı, eser partiyasının banilәrindәn biri vә әsas
           nәzәriyyәçisi. Rusiya Müәssislәr Mәclisinin ilk vә son sәdri. Siyasi
           mühacir.
           387  Ümumrusiya Müәssislәr Mәclisi – çarizmin süqutundan sonra
           Rusiyada nümayәndәli orqan. 1917-ci ilin noyabrında seçilmiş vә
           1918-ci ilin yanvarında keçmiş imperiyanın dövlәt quruluşunu
           müәyyәnlәşdirmәk üçün özünün ilk iclasına toplaşmışdı. Müәssislәr
           Mәclisi mülkәdar torpaqlarını millilәşdirmiş, sülh anlaşması bağlamağa
           çalışmış, Rusiyanı demokratik federal respublika elan edәrәk mütlәqiyyәt
           idarә formasından imtinanı rәsmilәşdirmişdi. Lakin Mәclis ilk iclasdan
           sonra fәaliyyәtini yarımçıq dayandırmalı olmuşdu. Müәssislәr Mәclisi
           Әsgәr vә Fәhlә Sovetlәrinin Ümumrusiya Mәrkәzi İcraiyyә Komitәsi
           tәrәfindәn dağıdılmış, fәhlә vә kәndli deputatları sovetinin III
           Ümumrusiya qurultayı isә hәmin aktı tәsdiq etmişdir.
           388  Yassı müşavirәsi – Leninin rәhbәrlik etdiyi Xalq Komissarları
           Sovetinin, Könüllü Ordunun, habelә Antanta dövlәtlәri nümayәndәlәrinin
           hakimiyyәtini qәbul etmәyәn Rusiya siyasi xadimlәrinin 1918-ci il
   650   651   652   653   654   655   656   657   658   659   660