Page 651 - design_Topcubashov_Full_Layout 1
P. 651
İzahlar və şərhlər
348 Mustafa Rәşid bәy (Mustafa Reşit, 1858–1924) – Osmanlı
dövlәt xadimi vә diplomatı. 1918–1919-cu illәrdә Osmanlı imperiyasının
xarici işlәr naziri vәzifәsindә çalışmışdı.
349
Sukovkin Mixail Akinfieviç (1857–1938) – Kursk quberniyası
zadәganı, iri torpaq mülkiyyәtçisi, kamerger. 1907–1917-ci illәrdә
Kiyev quberniyası zemstvo idarәsinin sәdri. Fevral inqilabından sonra
getman Skoropadski hökumәtinin Osmanlı imperatorluğundakı sәfiri.
1921-ci ildәn sonra Fransada siyasi mühacir hәyatı keçirmişdir.
350 Knyaz Tepişev (düzgün variant: Tenişev Vyaçeslav Vyaçeslavoviç,
1878–1959) – knyaz, rus ictimai-siyasi xadimi, III Dövlәt Dumasının
üzvü, Birinci Dünya müharibәsi dövründә Rusiya Qırmızı Xaç
Cәmiyyәtinә rәhbәrlik etmişdi. Siyasi mühacir. Parisdә rus zadәganları
cәmiyyәtinin sәdr müavini vә fәxri sәdri olmuşdu.
351
Giro (Henri Honore Giraud, 1879–1949) – fransız hәrbi xadimi,
ordu generalı. Birinci vә İkinci Dünya müharibәlәrinin iştirakçısı
olmuşdu. 1918–1921-ci illәrdә general Franşe d`Esperenin komandası
altında İstanbuldakı fransız işğal ordusunun qәrargahında xidmәt
etmişdi.
352 “Tayms” – Böyük Britaniyanın populyar gündәlik ictimai-siyasi
qәzeti. 1785-ci ildәn bu günә qәdәr Londonda fasilәsiz nәşr 651
olunmaqdadır.
353 Meller-Zakomelski Vladimir-Vladimiroviç (1863–1920) – rus
ictimai-siyasi xadimi, baron, dövlәt müşaviri (1912). Vәtәndaş
müharibәsi illәrindә ağqvardiya hәrәkatının tanınmış simalarından
biri. 1918-ci il Yassı müşavirәsindә Antanta dövlәtlәrini bolşevik
Rusiyasına hәrbi müdaxilәyә çağıran nümayәndә heyәtinin başçısı.
354 Mirzә Mahmud xan – İran dövlәt xadimi vә diplomatı. Siyasi
baxışlarına görә fars millәtçisi idi. Birinci Dünya müharibәsindәn
sonra İran dövlәtinin Osmanlı imperiyasında sәfiri olmuşdu.
355 Babi-Ali – Sultan I Әbdülhәmid dönәmindә sәdrәzәm sarayına
verilәn addır. Tәdricәn diplomatiya vә beynәlxalq әlaqәlәr tarixindә
Osmanlı imperiyası hökumәti anlamında işlәnmәyә başlanmışdır.
Mәsәlәn, “Kreml”, “Ağ Ev”, yaxud “Dauning street, 10” deyәndә
Rusiya, ABŞ, Böyük Britaniya yada düşdüyü kimi “yüksәk qapı, ali
mәqam” mәnasını verәn “Babi-Ali” dә Osmanlının rәmzi adına
çevrilmişdi.
356 Urmiya, Soyuq Bulaq, Tәbriz – İranda yer adları. Birinci Dünya
müharibәsi dövründә Osmanlı ordusunun İrandakı döyüş teatrı.
Әhalisi Azәrbaycan türklәrindәn ibarәt olan bu әrazilәr İttihad vә