Page 646 - design_Topcubashov_Full_Layout 1
P. 646
İzahlar və şərhlər
vә geyim almaq mәqsәdilә İtaliyaya göndәrilәn heyәtin başçısı. Aprel
çevrilişindәn dәrhal sonra bolşeviklәr tәrәfindәn güllәlәnmişdir.
313
Kuquşev İbrahim (1885–?) – Qafqazda xidmәt etmiş tatar әsilli
zabit, Tiflisdәki müsәlman xeyriyyә cәmiyyәtinin üzvü, Fevral
inqilabından sonra Ümumrusiya Müvәqqәti Müsәlman Hәrbi Şurasının
üzvü. Müstәqillik elanından sonra hәrbi mütәxәssis kimi Azәrbaycan
Milli Ordusuna cәlb edilmişdi.
314 Vilsonun tәkliflәri – ABŞ prezidenti Vudro Vilson tәrәfindәn
işlәnib-hazırlanan vә Birinci Dünya müharibәsinin başa çatmasından
sonra yeni dünya nizamının әsaslarını müәyyәn edәn sülh şәrtlәri.
“Vilsonun 14 maddәsi” adı ilә mәşhurdur. ABŞ Senatına 1918-ci il
yanvarın 8-dә tәqdim edilmişdi. Özündә silahların azaldılmasını,
alman hәrbi hissәlәrinin Belçika vә Rusiyadan çıxarılmasını, Polşanın
müstәqilliyinin elan edilmәsini, “millәtlәrin ümumi birliyi”nin
yaradılmasını, dünyanın kiçik dövlәtlәrә bölünmәsinin qarşısının
alınmasını vә s. ehtiva edirdi. Müttәfiqlәr soyuq yanaşsalar da, Versal
sülhü bu prinsiplәr әsasında bağlanmışdı.
315 İmperator II Vilhelm (1859–1941) – 1888–1918-ci illәrdә sonuncu
alman imperatoru vә Prussiya kralı. Hakimiyyәti dövründә Almaniya
646 sәnayesi vә ordusu qüvvәtlәnmiş, ilk müstәmlәkәlәr әldә edilmişdi.
Almaniyanın Birinci Dünya müharibәsindә mәğlubiyyәtә uğraması
nәticәsindә taxtdan salınmışdı.
316 Krupp – әsası XVII әsrdә Arndt Krupp (?–1624) tәrәfindәn
qoyulmuş vә bu günә qәdәr fәaliyyәt göstәrәn alman sәnayeçilәr
sülalәsi. Fәaliyyәtlәrinin әsas sahәsini ağır sәnaye, metalәritmә
zavodları vә s. tәşkil edirdi.
317 Fazil bәy (1889–1923) – ilk türk hәrbi tәyyarәçilәrindәn biri.
Balkan savaşında, Birinci Dünya müharibәsindә vә İstiqlal
Mücadilәsindә iştirak etmiş, böyük hәrbi şücaәtlәri ilә tanınmışdı.
318 Qladston (Gladstone William Ewart, 1809–1898) – ingilis
siyasәtçisi vә dövlәt xadimi. Dörd dәfә Böyük Britaniyanın baş naziri
olmuş, XIX әsrin ikinci yarısında İngiltәrәnin dövlәtçilik hәyatında
mühüm rol oynamışdı. Müsәlman dünyasına, ilk növbәdә isә Osmanlı
imperiyasına düşmәn münasibәti bәslәmişdi.
319 Rauf Orbay (Hüseyin Rauf Orbay, 1881–1964) – türk hәrbi vә
siyasi xadimi. Osmanlı imperiyasının dәnizçilik naziri kimi Mudros
sülh sazişini imzalamışdı. İngilislәr tәrәfindәn Malta sürgününә
göndәrilmişdi. Qurtuluş Savaşında Atatürkün silahdaşları cәrgәsindә
yer almışdı. 1922–1923-cü illәrdә baş nazir vәzifәsini tutmuşdu.