Page 648 - design_Topcubashov_Full_Layout 1
P. 648
İzahlar və şərhlər
başçısı (mer) olmuş vә Gürcüstan paytaxtının ermәnilәşdirilmәsinә
hәr vasitә ilә sәy göstәrmişdi. 1918–1920-ci illәrdә Ermәnistan
Respublikasının sәhiyyә, xarici işlәr vә baş naziri vәzifәlәrini tutmuşdu.
Daşnak partiyasının üzvü idi. 1920-ci ildәn sonra Fransada siyasi
mühacir.
328 Qvazava Georgi (1869–1941) – gürcü ictimai-siyasi xadimi,
Gürcüstanın dövlәt müstәqilliyini elan edәn gürcü Milli Şurasının
üzvü, Gürcüstan Parlamentindә sosial-demokrat fraksiyasının lideri.
1921-ci ildәn sonra siyasi mühacir. 1926–1939-cu illәrdә Parisdә
Qafqaz mühacirlәrinin “Prometey” jurnalını nәşr etdirmişdi.
329 Yeni sultan – 1918-ci il iyulun 3-dә taxta çıxan vә 1922-ci il
noyabrın 1-nә qәdәr hakimiyyәtdә olan 36-cı vә sonuncu Osmanlı
sultanı VI Mehmet Vahidәddin (1861–1926) nәzәrdә tutulur.
330
Trapezund konfransı – Zaqafqaziya Seymi hökumәti ilә Osmanlı
imperiyası arasında 1918-ci il martın 12-dәn aprelin 13-nә qәdәr
Türkiyәnin Trabzon şәhәrindә keçirilәn sülh konfransı. Әsas mәqsәd
Zaqafqaziyanın Birinci Dünya müharibәsindә iştirakına son qoymaq
idi. Tәrәflәrin mövqelәri bir-birindәn kәskin şәkildә fәrqlәndiyindәn
konfrans heç bir razılıq әldә olunmadan öz işini yarımçıq dayandırmalı
olmuşdu.
648 331 Köprülüzadә (Köprülü Mehmet Fuat, 1890–1966) – türk alimi
vә dövlәt xadimi, filoloq, tarixçi, publisist. 1925-ci ildә SSRİ EA-nın
müxbir üzvü seçilmişdi. Türk әdәbiyyatı tarixinә dair әsәrlәrin
müәllifidir. 1950–1957-ci illәrdә Adnan Menderes hakimiyyәti
dövründә Türkiyә Cümhuriyyәtinin xarici işlәr naziri olmuşdu.
İbrahimov Әbdürrәşid Qumeroviç (1857–1944) – tatar әsilli
332
din xadimi, vaiz, publisist, naşir vә sәyyah. Dünya miqyasında islam
dininin yenilәşmәsi (cәdidizm) vә panislamizm tәbliğatı aparırdı.
Rusiyada vә Türkiyәdә çıxan islam tәmayüllü bir sıra nәşrlәrin
redaktoru vә әsas müәlliflәrindәn biri olmuşdu. Hәyatının son illәrindә
Yaponiya İslam Cәmiyyәtinin sәdri vә Tokio mәscidinin imamı idi.
333 Ataulla Bәhaitdinov – XX әsrin әvvәllәrindә Rusiya mәtbuatında
islam maarifçiliyi vә birliyi mövqeyindәn mәqalәlәr çap etdirәn tatar
publisisti, jurnalist. Sonralar Türkiyәyә mühacirәt etmişdi.
334
“İkdam” – İstanbulda 1894–1928-ci illәrdә çap olunan gündәlik
ictimai-siyasi qәzet.
335
İoffe Adolf Abramoviç (1883–1927) – Rusiyada inqilabi hәrәkatın
iştirakçısı, sovet diplomatı vә partiya xadimi. L.Trotskinin yaxın
silahdaşlarından biri idi. 1918-ci ilin aprel-dekabr aylarında Almaniyada