Page 653 - design_Topcubashov_Full_Layout 1
P. 653

İzahlar və şərhlər

           366  Kişkin (әslindә: Kokoşkin) Fyodor Fyodoroviç (1871–1918) –
           rus hüquqşünası, Rusiyada konstitusiya hüququnun әsasını qoyanlardan
           biri, siyasi xadim. Kadet partiyasının qurucuları sırasında yer almışdı.
           I Dövlәt Dumasının üzvü. Müvәqqәti hökumәtdә (1917) dövlәt
           nәzarәtçisi vәzifәsini tutmuşdu. Oktyabr çevrilişindәn sonra bolşeviklәr
           tәrәfindәn istintaqsız vә mәhkәmәsiz qәtlә yetirilmişdir.
           367  Kizvetter Aleksandr Aleksandroviç (1866–1933) – rus tarixçisi,
           publisist, siyasi xadim. II Dövlәt Dumasının üzvü. Mühacirәtdәki
           Rus Tarixçilәri Cәmiyyәtinin sәdri (1931–1933).
           368
              Lvov Georgi Yevgenyeviç (1861–1925) – knyaz, rus ictimai vә
           siyasi xadimi. I Dövlәt Dumasının üzvü. Fevral inqilabı nәticәsindә
           taxt-tacdan imtina etmәk mәcburiyyәti qarşısında qalan II Nikolay
           Müvәqqәti hökumәtin formalaşdırılması vәzifәsini onun üzәrinә
           qoymuşdu.
           369  Quçkov Aleksandr İvanoviç (1862–1936) – rus siyasi xadimi,
           “17 Oktyabr İttifaqı” partiyasının qurucusu vә sәdri, III Dövlәt
           Dumasının sәdri (1910–1911), Dövlәt Şurasının üzvü. Müvәqqәti
           hökumәtin (1917) hәrbi vә dәnizçilik naziri olmuşdu. Rusiya siyasi
           mühacirәtinin liderlәrindәn biri idi.
           370  Şidlovski Sergey İliodoroviç (1861–1922) – rus siyasi xadimi,  653
           Voronej quberniyasından III vә IV Dövlәt Dumasının üzvü, III Dövlәt
           Duması sәdrinin müavini. Siyasi mühacir.
              Denikin Anton İvanoviç (1872–1947) – rus hәrbi, ictimai vә
           371
           siyasi xadimi, general-leytenant. Yazıçı, memuarist, publisist vә hәrb
           tarixçisi kimi dә tanınır. Rus-yapon vә Birinci Dünya müharibәlәrinin
           iştirakçısı. Ağqvardiya hәrәkatının liderlәrindәn biri, Könüllü Ordunun
           (1918–1919) yaradılmasının tәşәbbüskarı vә ilk baş komandanı.
           Rusiyanın cәnubundakı silahlı qüvvәlәrin ali baş komandanı. Rusiyanın
           ali baş hakimi admiral Kolçakın müavini vә siyasi varisi sayılırdı.
           Azәrbaycan Cümhuriyyәtinә vә imperiyadan ayrılan digәr milli
           dövlәtlәrә düşmәn münasibәt bәslәmiş, “vahid vә bölünmәz Rusiya”
           siyasәtini hәyata keçirmәyә çalışmışdı.
           372  Sazonov Sergey Dmitriyeviç (1860–1927) – zadәgan, torpaq
           sahibi, rus siyasәtçisi vә dövlәt xadimi. 1910–1916-cı illәrdә Rusiya
           imperiyasının xarici işlәr naziri. Siyasi mühacir.
           373  Krasnov Pyotr Nikolayeviç (1869–1947) – rus hәrbçisi, general-
           mayor. Böyük Don qoşununun atamanı, ağqvardiya hәrәkatının
           tanınmış siması, siyasi xadim, yazıçı, publisist. İkinci Dünya müharibәsi
           illәrindә faşistlәrlә әmәkdaşlıq yolunu tutmuş, Hitler Almaniyasının
   648   649   650   651   652   653   654   655   656   657   658