Page 652 - design_Topcubashov_Full_Layout 1
P. 652
İzahlar və şərhlər
Tәrәqqi hökumәtinin hәrbi naziri Әnvәr paşanın fikrincә, etnik
mәnsubiyyәtinә görә Osmanlı imperiyasının tәrkibinә daxil edilmәli
idi.
357
Seyid Hilmi paşa (Hüseyin Hilmi, 1855–1922) – Osmanlı
imperiyasının dövlәt xadimi, diplomat. Müxtәlif vaxtlarda iki dәfә
sәdrәzәm vәzifәsini tutmuşdu. Birinci Dünya müharibәsi illәrindә
Osmanlı dövlәtinin müttәfiq Avstriya-Macarıstan imperiyasında
sonunci sәfiri olmuşdu.
358 Aya Sofya – Bizans memarlığı nümunәsi. İnşa edildiyi 537-ci
ildәn Konstantinopolun süqutuna qәdәr (1453) pravoslav Şәrq
xristianlarının әsas kilsәsi vә Bizans patriarxının iqamәt yeri olub.
İstanbulun fәthindәn sonra Fatih Mehmet Sultanın әmri ilә cameyә
çevrilib. 1935-ci ildәn muzey kimi fәaliyyәt göstәrir.
359
Qolts paşa (Wilhelm Leopold Colmar Freiherr von der Goltz,
1843–1916) – baron, alman hәrbçisi, general-feldmarşal. 1883–1895-ci
vә 1914–1916-cı illәrdә Osmanlı silahlı qüvvәlәrindә xidmәt etmişdi.
Birinci Dünya müharibәsindә Osmanlının 6-cı Mesopotamiya ordusunun
komandanı idi.
360 Milyukov Pavel Nikolayeviç (1859–1943) – rus siyasi xadimi,
tanınmış tarixçi-publisist. Kadet partiyasının lideri. I Dövlәt Dumasına
652
seçilmәsә dә, mәşhur “Vıborq bәyannamәsi”nin tәşәbbüskarlarından
biri olub. III vә IV Dövlәt Dumasının üzvü. 1917-ci ildә Müvәqqәti
hökumәtin xarici işlәr naziri olmuşdu. Siyasi mühacir.
361
“Vakıt” – 1876–1921-ci illәrdә Әhmәd Emin Yalmanın redaktorluğu
ilә İstanbulda nәşr olunan türk qәzeti.
Әhmәd Emin (Ahmet Emin Yalman, 1888–1972) – türk jurnalisti,
362
yazıçı. Hәm Osmanlı, hәm dә Türkiyә Cümhuriyyәti dönәmindә
ictimai-siyasi fәallığı ilә seçilmiş, bir sıra qәzetlәrin redaktoru olmuşdu.
363 Urusov Sergey Dmitriyeviç (1862–1937) – knyaz, rus ictimai-
siyasi xadimi, I Dövlәt Dumasının üzvü. Ә.Topçubaşovla birlikdә
“Vıborq bәyannamәsi”ni imzalamışdı. Müvәqqәti hökumәt dövründә
daxili işlәr nazirinin vәzifәsindә işlәmişdir. Bolşevik inqilabından
sonra Rusiyada qalmışdı.
364
Kotlyarevski Sergey Andreyeviç (1873–1939) – qraf, rus tarixçisi,
yazıçı, hüquqşünas, siyasi xadim. I Dövlәt Dumasının üzvü. Kadet
partiyasının qurucularından biri olmuşdu.
365
Protopopov Aleksandr Dmitriyeviç (1866–1918) – rus siyasәtçisi,
iri mülkәdar vә sәnayeçi, Simbirsk quberniyasından III vә IV Dövlәt
Dumasının üzvü. Rusiya imperiyasının sonuncu daxili işlәr naziri.