Page 654 - design_Topcubashov_Full_Layout 1
P. 654

İzahlar və şərhlər


                  işğal olunmuş Şәrq әrazilәri nazirliyinin kazak qoşunları baş idarәsinin
                  rәisi vәzifәsini icra etmişdi. SSRİ-dә edam olunmuşdur.
                  374 Skoropadski Pavel (Pavlo) Petroviç (1873–1945) – hәrbçi, Rusiya
                  imperator ordusunun general-leytenantı, 1917-ci ildәn sonra Ukrayna
                  hәrbi vә siyasi xadimi, 1918-ci ilin aprel-dekabr aylarında Ukrayna
                  getmanı. Ukrayna Xalq Respublikasının süqutundan sonra Almaniyaya
                  mühacirәt etmişdi. İkinci Dünya müharibәsi illәrindә hitlerçilәrlә
                  әmәkdaşlıq tәklifindәn boyun qaçırmışdı.
                  375  Andreyev bayrağı – 1865–1917-ci illәrdә Rusiya imperiyası
                  hәrbi-dәniz donanmasının gәmilәrindә qaldırılan bayraq. 1992-ci
                  ildәn yenidәn Rusiya Federasiyasının hәrbi-dәniz bayrağı statusu
                  qazanıb.
                  376  Admiral Qaltrop (Sir Somerset  Arthur Gough-Calthorpe,
                  1865–1937) – Britaniya hәrbçisi, admiral. 1917-ci ildә Böyük
                  Britaniyanın Aralıq dәnizi donanmasının komandanı. 1918–1919-cu
                  illәrdә Osmanlı imperiyasında Britaniya komissarı. Antanta adından
                  Mudros sülh müqavilәsini imzalamışdı.
                  377  Omsk hökumәti – 1918-ci ilin noyabrında Rusiyanın ali idarәedicisi
                  adını qәbul etmiş admiral  A.V.Kolçakın rәhbәrliyi ilә Omskda
                  formalaşan ağqvardiyaçı hökumәt.  Antanta tәrәfindәn de-fakto
         654      tanınmışdı.
                  378  Boldırev Vasili Georgiyeviç (1875–1933) – rus hәrbçisi vә dövlәt
                  xadimi, general-leytenant. Rusiyanın şәrqindә bolşeviklәrә qarşı
                  müqavimәt hәrәkatının iştirakçısı. Ufa Direktoriyası hәrbi qüvvәlәrinin
                  baş komandanı.  Ağqvardiya hәrәkatının mәğlubiyyәtindәn sonra
                  siyasi mühacir.
                  379  Kolçak Aleksandr Vasilyeviç (1874–1920) – tatar әsilli rus hәrbi
                  vә siyasi xadimi, okeanoqraf, Qütb tәdqiqatçısı, Vәtәndaş müharibәsi
                  illәrindә ağqvardiya hәrәkatının tanınmış simalarından biri, Rusiyanın
                  ali idarәedicisi vә Rusiya ordusunun ali baş komandanı (noyabr,
                  1918 – yanvar, 1920).
                    Çexoslovakiya qoşunları – Birinci Dünya müharibәsi dövründә
                  380
                  Rusiyaya qarşı Avstriya-Macarıstan ordusunun tәrkibindә vuruşan vә
                  Rusiya tәrәfindәn әsir alınan çex vә slovaklardan ibarәt әsgәri qüvvә.
                  Tarixi mәnbәlәrdә daha çox Çexoslovakiya korpusu adı ilә tanınır.
                  Vәtәnә qayıtmaq tәlәbi ilә çıxış edәn hәrbi әsirlәr 1918-ci ilin mayında
                  Volqaboyu, Sibir vә Uralda bolşevik hakimiyyәti әleyhinә qiyam
                  qaldırmışdı.
                  381  Lenin  Vladimir İliç (1870–1924) – rus inqilabçısı, tanınmış
                  marksizm nәzәriyyәçisi, sovet siyasi vә dövlәt xadimi, Rusiya sosial-
   649   650   651   652   653   654   655   656   657   658   659