Page 650 - design_Topcubashov_Full_Layout 1
P. 650
İzahlar və şərhlər
340 Әnvәr paşa (İsmail Enver, 1881–1922) – türk siyasi vә hәrbi
xadimi, gәnc türklәr hәrәkatının, İttihad vә Tәrәqqi partiyasının
liderlәrindәn biri, şair, publisist. Birinci Dünya müharibәsindә
Osmanlının hәrbi naziri. Bütün türklәrin birliyi ideyasının tәrәfdarı
vә Qafqaz türklәrinin müdafiәçisi kimi çıxış edirdi. Basmaçı hәrәkatının
liderlәrindәn biri kimi müasir Tacikistan әrazisindә bolşeviklәrә qarşı
döyüşdә hәlak olmuşdu.
341 Nuru paşa (Nuri Killigil, 1881–1949) – Osmanlı hәrbçisi, general.
Әnvәr Paşanın atabir qardaşı. V Qafqaz İslam Ordusunun komandanı.
Başlanğıc mәrhәlәdә Azәrbaycan hökumәti ilә müәyyәn münaqişәyә
girsә dә, Azәrbaycan Cümhuriyyәtinin qurulub möhkәmlәnmәsindә
müәyyәn rolu olmuşdu.
342 Mürsәl bәy (Mürsel Baki, 1881–1945) – Osmanlı hәrbçisi,
general. 1918-ci ilin sentyabrında Bakı cәbhәsindә vuruşan Qafqaz
İslam Ordusunun komandanlarından biri. Bakının işğaldan azad
edilmәsindәki şücaәtinә görә Türkiyәdә soyadı qanuni qüvvәyә
minәndә özünә “Bakı” soyadını götürmüşdü.
“Qonşularınız” – Sovet Rusiyası, bolşeviklәr nәzәrdә tutulur.
343
344
Xәlil paşa (Halil Kut, 1882–1957) – türk hәrbçisi, general. Әnvәr
vә Nuru paşaların әmisi. Birinci Dünya müharibәsi zamanı İraqda,
650 Kut әl-Amara yaxınlığında Britaniya hәrbi qüvvәlәrinin darmadağın
edildiyi döyüşün qәhrәmanı. Bakının ermәni-daşnak işğalçılarından
azad edilmәsindә vә sovetlәşdirilmәsindә rolu olmuşdu.
345 Andranik (Ozanyan Andranik Torosoviç, 1865–1927) – Osmanlı
imperiyası vә Rusiya ordusunda xidmәt etmiş, lakin türklәrә xain
çıxmış vә buna görә dә sәrt şәkildә cәzalandırılmış ermәni hәrbçisi,
Anadolu vә Azәrbaycan türklәrinә qarşı kütlәvi terror aktları hәyata
keçirәn mütәşәkkil quldur dәstәlәrinin başçısı.
346 Rza Tevfik (Rıza Tevfik Bölükbaşı, 1869–1949) – türk şairi,
hәkim, filosof vә dövlәt xadimi. Paris sülh konfransında türk nümayәndә
heyәtinin üzvü. Sevr müqavilәsini imzaladığına görә uzun müddәt
mühacirәtdә yaşamaq mәcburiyyәti qarşısında qalmış, yalnız 1943-
cü ildә әfv olunduqdan sonra vәtәnә qayıda bilmişdi.
347 Konfrans – yeni yaranan Qafqaz dövlәtlәrinin sәrhәdlәrinin
müәyyәn edilmәsi vә mübahisәli sәrhәd mәsәlәlәrinin aradan
qaldırılması mәqsәdilә Osmanlı imperiyasının vasitәçiliyi әsasında
1918-ci ilin oktyabrında İstanbulda keçirilmәsi nәzәrdә tutulan
konfrans. Azәrbaycanı M.Ә.Rәsulzadәnin rәhbәrliyi altındakı “Heyәti-
mürәxxәsә” tәmsil edirdi. Lakin kәskin fikir ayrılıqları ucbatından
konfrans baş tutmamışdı.