Page 649 - design_Topcubashov_Full_Layout 1
P. 649
İzahlar və şərhlər
RSFSR-in daimi nümayәndәsi vәzifәsindә çalışmışdı. Bakı nefti ilә
bağlı mәsәlәnin gündәliyә gәtirildiyi Brest-Litovsk anlaşmasına
әlavәni imzalamışdı. Azәrbaycanın dövlәt müstәqilliyinin әleyhdarı
idi.
336 Daşnaklar – 1890-cı ildә Tiflisdә yaradılmış “Ermәni İnqilabi
Federasiyası – Daşnaksutyun” millәtçi-revanşist partiyasının üzvlәri.
Ә.Topçubaşov “bir gecәnin içindә bolşeviklәrә çevrilәn daşnaklardan”
danışarkәn Şaumyan vә әlaltılarının bolşevik maskası altında 1918-ci
ilin martında xüsusi mütәşәkkillik vә amansızlıqla paytaxt Bakıda,
habelә Azәrbaycanın digәr bölgәlәrindә törәtdiklәri milli qırğınlara
işarә edir.
337 Sülh konqresi (Sülh konfransı) – Birinci Dünya müharibәsinin
başa çatmasından sonra qalib ölkәlәrin tәşәbbüsü ilә çağırılmış beynәlxalq
toplantı. Konqres müharibәnin nәticәlәrini hüquqi cәhәtdәn rәsmilәşdirmәli,
yeni yaranan dövlәtlәrin sәrhәdlәrini müәyyәn etmәli, onların arasında
lokal xarakterli münaqişәlәrin baş vermәsinin qarşısını almalı, dünyada
sülhün keşiyindә dayanmalı olan beynәlxalq tәşkilat yaratmalı, habelә
әks ideologiyaya malik dövlәtlәrin öz aralarında sülh şәraitindә, dinc
yanaşı mövcudluğunun prinsip vә formalarını işlәyib-hazırlamalı idi.
Konqres 1919-cu il yanvarın 18-dә Paris yaxınlığındakı Versal sarayında
açılmışdı. Onun işindә 27 dövlәt vә 5 mandat altında olan әrazi iştirak 649
edirdi. Azәrbaycan nümayәndә heyәti konfransın işinә müәyyәn gecikmә
ilә – 1919-cu il aprelin sonlarında qatıla bilmişdi. Hәmin il mayın 28-dә
müstәqilliyin birinci ildönümünün qeyd edildiyi gün heyәt mәşhur
“Vilson prinsiplәri”nin müәllifi, ABŞ prezidenti Vudro Vilson tәrәfindәn
qәbul edilmişdi. Nümayәndә heyәtinin sәyi nәticәsindә konfransın Ali
Şurası 1920-ci il yanvarın 11-dә Azәrbaycan Cümhuriyyәtinin
mövcudluğunu de-fakto tanımışdı. Müәyyәn konfrans vә komissiyalar
şәklindә işini 1923-cü ilә qәdәr davam etdirәn sülh konfransı rәsmәn
1920-ci il yanvarın 20-dә bağlı elan olunmuşdu.
338 Әhmәd Nәsimi bәy (Ahmet Nesimi, 1876–1958) – Osmanlı
imperiyasıının dövlәt xadimi, diplomat. Tәlәt paşa hökumәtindә
xarici işlәr naziri (fevral, 1917 – oktyabr, 1918).
339
Zaqafqaziya Seymi – çar Rusiyasının süqutundan sonra
Zaqafqaziyada dövlәt hakimiyyәtinin qanunverici vә nümayәndәli
orqanı. Zaqafqaziya xüsusi komitәsi tәrәfindәn Tiflisdә 10 (23) fevral
1917-ci ildә çağırılmışdı. Zaqafqaziyadan seçilmiş Müәssislәr Mәclisi
üzvlәrindәn, siyasi partiyaların tәmsilçilәrindәn tәşkil edilmişdi. Sәdri
gürcü sosial-demokratı (menşevik) N.S.Çxeidze idi. 1918-ci il mayın
26-na qәdәr mövcud olmuşdu.