Page 644 - design_Topcubashov_Full_Layout 1
P. 644

İzahlar və şərhlər

                  296  İstanbuldakı bütün missiyalarımız – hәmin dövrdә dördtәrәfli
                  danışıqlarda (Osmanlı imperiyası –  Azәrbaycan – Gürcüstan –
                  Ermәnistan) iştirak etmәk, sәrhәd mәsәlәlәrini tәnzimlәmәk, maliyyә
                  tәminatı, hәrbi әmәkdaşlıq vә s. mәqsәdlәrlә İstanbulda olan Azәrbaycan
                  heyәtlәri nәzәrdә tutulur.
                  297  Çakvin malikanәsi – Acarıstanda, Çakva çayı hövzәsindә yerlәşәn
                  geniş çay plantasiyaları.
                  298  Yusif İzzәt paşa (Yusuf İzzet, 1875–1922) – Osmanlı hәrbçisi.
                  Birinci Dünya müharibәsindә 14-cü türk ordusunun komandanı.
                  İmperiyanın süqutundan sonra milli-azadlıq hәrәkatına qoşulmuşdu.
                  299  Ömәr Cәmil paşa (Omer Cemil, ?–1925) – Osmanlı hәrbi
                  xadimi, general. Türk ordusunun tәrkibindә Qafqaz cәbhәsindә ruslara
                  qarşı vuruşmuşdu.
                  300
                     Xәlil bәy Menteşe (Halil Menteşe, 1874–1948) – Osmanlı
                  imperiyası vә  Türkiyә Cümhuriyyәtinin siyasi vә dövlәt xadimi.
                  Osmanlı sәdrәzәmi (1913–1914), xarici işlәr naziri (1915–1917),
                  әdliyyә naziri (fevral, 1917 – oktyabr, 1918). Cümhuriyyәt dövründә
                  IV, V, VI, VII çağırışlar Türkiyә Böyük Millәt Mәclisinә seçilmişdi.
                  301  Әhmәd  Tevfik Oktay (Ahmet  Tevfik Oktay, 1845–1936) –
                  Osmanlı imperiyasının dövlәt xadimi, diplomat. Dörd dәfә hökumәt
         644
                  kabineti formalaşdırmış, sәdrәzәm olmuşdu. İmperiyanın sonuncu
                  sәdrәzәmi sayılır.
                  302
                     Әhmәd İzzәt Furkaç (Ahmet İzzet Furkaç, 1864–1937) –
                  Osmanlı hәrbi vә dövlәt xadimi. 1908–1914-cü illәrdә Osmanlı
                  ordusunun baş qәrargah rәisi. 1918-ci ilin oktyabr-noyabr aylarında
                  (cәmisi 25 gün) sәdrәzәm – baş nazir postunu tutmuşdu. Müxtәlif
                  vaxtlarda hökumәtdә hәrbi nazir, xarici işlәr naziri kimi çalışmışdır.
                  Sultana sәdaqәt andı içdiyinә görә Atatürkün әmәkdaşlıq dәvәtini
                  qәbul etmәmişdi.
                  303  Fәrrux bәy Vәzirov (1857–1920)  – azәrbaycanlı mühәndis, iş
                  adamı, xeyriyyәçi vә ictimai xadim. 1905-ci il inqilabından sonra
                  milli ziyalılarla birlikdә ictimai-siyasi hәyatda fәal iştirak edirdi. I vә
                  II müsәlman qurultaylarının iştirakçısı olmuşdu. Bolşeviklәr tәrәfindәn
                  güllәlәnmişdi.
                  304
                     Әli bәy Hüseynzadә (1864–1941) – ictimai xadim, jurnalist,
                  naşir, publisist, pedaqoq, hәkim vә rәssam. Anadoluda vә Azәrbaycanda
                  türkçülük cәrәyanının ideya atalarından biri. Milli düşüncәdә böyük
                  dönüş yaradan “Hәyat” qәzetinin vә “Füyuzat” jurnalının redaktoru.
                  1918-ci ilin dekabrında Azәrbaycan Parlamentinin qәrarı ilә müşavir
   639   640   641   642   643   644   645   646   647   648   649