Page 639 - design_Topcubashov_Full_Layout 1
P. 639

İzahlar və şərhlər


           tәdbirlәri ehtiva edәn vә çar II Nikolay tәrәfindәn Birinci rus inqilabının
           tәzyiqi altında imzalanmış manifest.
              İqnatyev Nikolay Pavloviç (1832–1908) – rus dövlәt xadimi,
           254
           qraf. Hәrbçi vә diplomat. 1864–1877-ci illәrdә Rusiyanın Osmanlı
           imperiyasında sәfiri olmuş, 1881–1882-ci illәrdә daxili işlәr naziri
           vәzifәsini tutmuşdu. Panslavizm ideyasının qızğın tәrәfdarlarından
           biri kimi tanınırdı. Ali mәşvәrәtçi orqanın – Dövlәt Şurasının üzvü
           seçilmişdi. 1905-ci ildә onun rәhbәrliyi altında Rusiyada dövlәt
           aparatının vә dövlәt idarәçiliyinin tәkmillәşdirilmәsi mәsәlәlәri ilә
           mәşğul olan xüsusi mәşvәrәt mәclisi yaradılmışdı.
           255  Çerevanski Vladimir Pavloviç (1836–1914) – rus dövlәt xadimi,
           tarixçi, gizli müşavir, Dövlәt Şurasının üzvü. “İslam dünyası vә onun
           oyanması” adlı ikicildlik tarixi monoqrafiyanın (1901) müәllifidir.
           1905–1906-cı illәrdә qraf İqnatyevin rәhbәrliyi altında xüsusi
           müşavirәnin işindә iştirak etmişdi.
           256
              I Aleksandr  (1777–1825) – Rusiya imperatoru (1801–1825).
           1814-cü ildә rus ordusunun ali baş komandanı kimi Parisә daxil
           olmuşdu. Burada hәmin hadisәyә işarә olunur.
           257  III Aleksandr (1845–1894) – Rusiya imperatoru (1881–1894).
           258  Әlahәzrәt İmperatorun Xüsusi Konvoyu – Rusiya imperatorunun  639
           şәxsi mühafizәsini hәyata keçirәn qvardiya hәrbi hissәsi. Әsas özәyini
           Tersk vә Kuban kazakları, çәrkәzlәr, noqaylar, Stavropol türkmәnlәri,
           Qafqaz dağlıları, azәrbaycanlılar, Krım tatarları vә b. tәşkil edirdilәr.
           Әsası 1811-ci ildә qoyulmuşdu.
           259  Vorontsov-Daşkov İllarion İvanoviç (1837–1916) – rus hәrbi vә
           dövlәt xadimi. 1905–1916-cı illәrdә Qafqaz canişini. Ә.Topçubaşov
           1905–1906-cı illәrdә Tiflisdә onunla bir neçә dәfә görüşmüşdü.
           260  12 dekabr 1904-cü il fәrmanı – imperator II Nikolayın imzaladığı
           “Dövlәt idarәçiliyinin tәkmillәşdirilmәsi tәdbirlәri haqqında” manifest
           nәzәrdә tutulur.
           261
              17 aprel 1905-ci il fәrmanı – imperator II Nikolayın Birinci rus
           inqilabı dalğasında imzaladığı “Dini dözümlülüyün әsaslarının
           möhkәmlәndirilmәsi haqqında” adlı manifest nәzәrdә tutulur.
           262
             Ümumrusiya müsәlmanlarının I qurultayı – Rusiyada mütlәqiyyәt
           quruluşunun süqutundan sonra, 1917-ci il 1–11 may tarixlәrindә
           azәrbaycanlı milyonçu Şәmsi Әsәdullayevin Moskvadakı mülkündә
           keçirilmişdi. 1905–1914-cü illәrdә baş tutan müsәlman qurultaylarının
           davamı sayılır, lakin ümumrusiya xarakterinә görә onlardan
           fәrqlәndirilirdi. İşindә Rusiya imperiyasının bütün müsәlman
   634   635   636   637   638   639   640   641   642   643   644