Page 635 - design_Topcubashov_Full_Layout 1
P. 635
İzahlar və şərhlər
olmuşdu. Mәşhur tatar ilahiyyatçısı vә filosof Musa Biqiyevin böyük
qardaşıdır. Burada söhbәt 1909-cu il iyulun 3-dә Çistopolda Musa
Biqiyevin oğlu Mәhәmmәdin doğulmasından gedir.
208 Aqafurov Zaynetdin Xisametdinoviç (1861–1926) – ikinci gildiya
Yekaterinburq taciri, ictimai xadim, xeyriyyәçi. Şәxsi bacarığı sayәsindә
qardaşları Kәmalәtdin vә Kaşafatdinlә birlikdә Sibirin әn böyük
ticarәt şәbәkәlәrindәn biri olan “Aqafurovlar evi”ni qurmuşdu.
Yekaterinburq müsәlman xeyriyyә cәmiyyәtinin üzvü, Şәhәr Dumasının
qlasnısı idi. Mәşhur jurnalist Fәrid Seyfülmülükovun babasıdır.
Musin (Musin Muxammet-Latıp, 1870–?) – әslәn Semipalatinskdәn
209
olan ikinci gildiya tatar taciri.
210 Murtazin (Murtazin Kabir) – fәal müsәlman xadimlәrindәn biri,
Tümendә yaşayan Buxara tatarı.
211 Saydukov (Seydukov Niqmatulla Qarumşakoviç, 1829–1901)
– iş adamı, xeyriyyәçi, 1870–1901-ci illәrdә Tobolsk quberniyasında
Embaevo mәdrәsәsinin әsasını qoymuş vә fәxri himayәçisi olmuşdu.
212 Mirşanov Mir-Qasım – fәal müsәlman xadimlәrindәn biri,
Tümendә yaşayan Buxara tatarı.
213 Tabor – Tümenin 2 verstliyindәki yarmarka. Burada kiçik mәscid
dә vardı vә Tümen tatarları, adәtәn, Taborda toplaşıb ümumi mәsәlәlәrini 635
müzakirә edirdilәr.
214
Yeni aul (Yangi aul) – hәmin dövrdә Tümen әtrafındakı tatar
kәndi. XX әsrin 70-ci illәrindә Tümen şәhәrinin bir hissәsinә
çevrilmişdir.
215 Feyzullin Sәfiulla (Fayzullin Safiulla) – “Aqafurov qardaşları”
ticarәt evinin Tümendәki nümayәndәsi.
216 Aşurbәyovlar – bolşevik inqilabından әvvәl Bakının zәngin vә
ziyalı ailәlәrindәn biri. Kitab vә qәzet nәşrinә yardım edir, xeyriyyәçilik
fәaliyyәti ilә mәşğul olurdular. Burada söhbәt, çox güman ki, jurnalist,
xeyriyyәçi vә ictimai xadim kimi tanınan İsa bәy Aşurbәyovdan
(1875–1937) gedir.
217 Elçiqulov (İlçiqulov Aysa Xabisoviç) – Tümen yaxınlığındakı
Yeni aul sakini.
218
Molçin aulu – Tobolsk quberniyası Tümen qәzasının Embaevo
kәndi nәzәrdә tutulur. Tümen yaxınlığındakı bu kәnd yerli tatarlar
arasında daha çox Molçin (Molçın) aulu kimi tanınırdı. Kәndin әsası
XVII әsrdәn başlayaraq Mәrkәzi Asiyadan – Buxara, Sәmәrqәnd,
Ürgәnç, Xivә vә b. şәhәrlәrdәn Sibirә müxtәlif ticarәt malları gәtirәn
tatar tacirlәri tәrәfindәn qoyulmuşdu.