Page 632 - design_Topcubashov_Full_Layout 1
P. 632
İzahlar və şərhlər
177 Timurov (daha dәqiq: Temirov Abdulla, 1865–?) – qazax ziyalısı
vә ictimai xadim, Sankt-Peterburq Universiteti Şәrq dillәri fakültәsinin
mәzunu, söhbәt gedәn dövrdә Tobolsk tәrәqqipәrvәr müsәlmanlar
cәmiyyәtinin sәdri idi. Alaş Orda hәrәkatının iştirakçısı olmuş,
sonradan bolşeviklәrin tәrәfinә keçmişdi.
178 Sadri Maqsudov (Rusiyada: Sadretdin Nizametdinoviç Maqsudov,
Türkiyәdә: Sәdri Maqsudi Arsal, 1878–1957) – tatar vә türk ictimai-
siyasi xadimi, hüquqşünas. II Dövlәt Dumasının üzvü, duma sәdrinin
müavini. 1918-ci ilin yanvarında Daxili Rusiya vә Sibirin müsәlman
türk-tatar әhalisi Milli İdarәsinin sәdri seçilmiş vә hәmin qurumun
tәmsilçisi kimi Parisә, Versal sülh konfransına yollanmışdı. Fransada
mühacir hәyatı yaşamış, Atatürkün dәvәti ilә 1924-cü ildә Türkiyәyә
gәlmişdi. Ankara Hüquq Mәktәbinin qurulmasında iştirak etmiş,
İstanbul Universitetinin professoru olmuşdu. Üç dәfә Türkiyә Böyük
Millәt Mәclisinә seçilmişdi.
179 Şakir Tukaev (Muxammetşakir Tukaev, 1862–1932) – tatar
ictimai-siyasi xadimi, iri torpaq sahibi, pedaqoq, II vә III Dövlәt
Dumalarının deputatı, “İttifaqi-müslimin” partiyasının üzvü.
180 Turqay vilayәti – 1868–1920-ci illәrdә Rusiya imperiyasında
mövcud olan әrazi-inzibati vahidi. Sahәsi 456185 kv.km idi. Şimaldan
632
Orenburq, qәrbdәn Ural, şәrqdәn Akmolla, cәnubdan Aral dәnizi vә
Sır-Dәrya vilayәtlәri ilә hәmsәrhәd idi.
181 General Qeynsen (Qeynts) Aleksandr Konstantinoviç (1834–1892)
– rus hәrbçisi vә dövlәt xadimi, general-leytenant, müxtәlif vaxtlarda
Türküstan, Turqay vilayәti vә Kazanın general-qubernatoru.
182
İskәndәrov Hәlim (İskanderov Xalim, 1888–1958) – pedaqoq,
tatar dili vә әdәbiyyatı müәllimi, 1908-ci ildәn tatar qәzetlәrindә xalq
tәhsilinin problemlәri vә mәktәb islahatı barәsindә mәqalәlәr çap
etdirirdi.
183
Әhtәmov (Axtyamov İbnyemin Abusuqqudoviç, 1877–1941) –
başqırd ictimai xadimi, IV Dövlәt Dumasının deputatı, Müvәqqәti
hökumәtin hakimiyyәti dövründә Ufa quberniyasındakı müsәlmanların
işi üzrә komissar, Sibir vә Avropa Rusiyası türk-tatar müsәlmanları
Milli İdarәsinin sәdr müavini (1917–1918).
184 Balaşov qardaşları – Nikolay vә İvan Petroviç Balaşovlar. Rus
zadәganları. XX әsrin әvvәllәrindә Ufa quberniyasında dörd dağ-
mәdәn zavodları vardı.
185 Minyar zavodu – Cәnubi Uralda 1783-cü ildәn mövcud olan iri
dağ-mәdәn zavodu. Hazırda fәaliyyәtini dayandırıb.