Page 630 - design_Topcubashov_Full_Layout 1
P. 630

İzahlar və şərhlər


                  Canturinin atası, qazax zadәganı, Bukey ordasından – çingizilәr
                  nәslindәn olan Seyidxan Canturindәn gedir.
                  159  İslamov – çox güman ki, 1906–1918-ci illәrdә Orenburqda nәşr
                  olunan dini, siyasi vә ictimai xarakterli “Din va maqişat” jurnalının
                  baş redaktoru Qәlәmәtdin İslamov (Qalemetdin Xanislamov) nәzәrdә
                  tutulur.
                  160  Hәbibulla Әmirov (Xabibulla Amirov) – Ufa taciri, xeyriyyәçi,
                  Ufa şәhәrindәki yoxsul müsәlmanlara himayәdarlıq cәmiyyәti idarә
                  heyәtinin üzvü.
                  161
                     Qatı molla (Qabaşi Xasan Qata, 1863–1936) – Kazan tatarı,
                  pedaqoq, tarixçi, 1895–1899-cu vә 1905–1915-ci illәrdә Orenburq
                  müsәlman ruhani idarәsinin qazısı, tanınmış ictimai xadim.
                  162  İshak Akçurin – söhbәtin kimin barәsindә getdiyini dәqiqlәşdirmәk
                  mümkün olmadı.
                  163
                     Nәzirov Sәdrәddin (Nazirov Sadretdin) – Ufa taciri, Ufadakı
                  yoxsul müsәlmanlara himayә cәmiyyәti idarә heyәtinin üzvü. Qaliyә
                  mәdrәsәsi üçün bina tikilmәsinә 10 000 rubl yardım etmişdi.
                  164  Şamsanov Abdulla (Samsonov Qabdulla) – orta sәviyyәli Ufa
                  taciri, xeyriyyәçi.
                  165  Sabir molla Hәsәnov (Muxamet-Sabir Xasanov, 1866–1917-ci
         630
                  ildәn sonra) – tatar әsilli din adamı, ictimai xadim, tatar publisisti, II
                  Dövlәt Dumasının vә dumanın müsәlman fraksiyasının üzvü, Orenburq
                  müsәlman ruhani idarәsinin nәşr orqanı olan liberal istiqamәtli
                  “Mәlumat” (“Maqlumat”) jurnalının redaktoru. Müsәlman qurultaylarının
                  ideyalarını jurnalda tәbliğ etdiyinә görә mәtbuat fәaliyyәtindәn
                  uzaqlaşdırılmışdı.
                  166  “Osmaniyyә” (Qusmaniyyә) mәdrәsәsi – Ufada әsası 1897-ci
                  ildә Xusain Usmanov tәrәfindәn qoyulmuş dini-dünyәvi tәhsil
                  müәssisәsi. 1907-ci ildәn sonra banisinin adını daşıyırdı.  Tәdrisin
                  xarakterinә görә köhnә vә yeni tipli mәktәblәr arasında orta mövqe
                  tuturdu. 1918-ci ildә bolşeviklәr tәrәfindәn bağlanmışdı.
                  167
                     Әmir  – müsәlmanların başçısı. Söhbәtin konkret olaraq kimin
                  barәsindә getdiyi bәlli deyil.
                  168  Sultanov – bax: 154-cü izah.
                  169  Oskar Sırtlanov (Sırtlanov Qaliaskar Şaxaydaroviç, 1875–1912)
                  – Sırtlanovlar nәslindәn olan başqırd zadәganı, hüquqşünas, andlı
                  iclasçı, Ufa quberniyasından III Dövlәt Dumasının deputatı olmuşdu.
                  Volqaboyu türklәrinin әrazi muxtariyyәti ideyasının ardıcıl tәrәfdarı
                  vә müdafiәçisi kimi tanınmışdı.
   625   626   627   628   629   630   631   632   633   634   635