Page 625 - design_Topcubashov_Full_Layout 1
P. 625
İzahlar və şərhlər
tәrәfindәn güllәlәnmişdir. Dağıstanın paytaxtı Mahaçqala şәhәri onun
adını daşıyır.
102 Lemanov İsmail (1871–1942) – Krım-tatar ictimai xadimi,
jurnalist. İsmayıl Qaspıralının ardıcıllarından biri. Әvvәllәr türk
milliyyәtçisi mövqeyindәn çıxış etsә dә, 1920-ci ildәn sonra bolşeviklәrә
qoşulmuş, Zaqafqaziya Federasiyası vә Azәrbaycan kommunist
tәşkilatlarında çalışmışdı.
103
Savitski Vladimir İvanoviç (1875–1957) – Tiflis sakini, Rusiya
imperiyası Xarici İşlәr Nazirliyinin әmәkdaşı, 1918–1919-cu illәrdә
nazir S.D.Sazonovun şәxsi katibi. Ә.Topçubaşovu Tiflisdәn tanıyırdı.
1918-ci ildә İstanbulda vә növbәti illәrdә Parisdә onunla dәfәlәrlә
görüşmüşdü. Siyasi mühacir.
104 Stempovski Stanislav (Stanislaw Stempowski, 1870–1952) –
Polşa vә Ukrayna siyasәtçisi, ictimai xadim. Ukrayna Xalq Respublikası
vә mühacir Ukrayna hökumәtlәrindә (1918–1922) nazir vәzifәsi
tutmuşdu.
105 Enikeev Qaysa Xamidulloviç (1864–1931) – tatar ictimai xadimi,
pedaqoq vә etnoqraf. Kazan vә Orenburq quberniyalarından III vә IV
Dövlәt Dumalarının üzvü. Dumanın müsәlman fraksiyasının üzvü.
1917-ci ildәn sonra dumanın müvәqqәti komissiyasının üzvü. Tatar 625
vә başqırd folklorunun bilicisi kimi tanınırdı.
106 “Vakıt” – 1906–1918-ci illәrdә Orenburqda nәşr olunan milli-
liberal istiqamәtli tatar qәzeti. Әsası mәşhur islam teoloqu Rızaeddin
Fahreddin tәrәfindәn qoyulub. Naşiri vә baş redaktoru Fatih Kәrimi
olmuşdu.
107 Alkin Seyid-Girey Şaqiaxtaroviç (1867–1919) – tatar zadәganı,
vәkil, andlı iclasçı, Kazan quberniyasından I Dövlәt Dumasının üzvü,
“Kazan müxbiri” qәzetinin naşiri vә redaktoru, “İttifaqi-müslimin”
partiyasının MK üzvü. 1917-ci ildә siyasi fәaliyyәtdәn uzaqlaşmışdı.
108 Ramiev Zakir Sadıxoviç (1959–1921) – qızıl mәdәnlәrinin sahibi,
birinci gildiya tacir. XX әsr tatar әdәbiyyatı klassiki. Şeirlәrini
“Dәrdmәnd” tәxәllüsü ilә yazırdı. Mesenat kimi tanınır, Volqaboyu
tatarlarının bir çox mәdәni vә ictimai tәdbirlәrini maliyyәlәşdirirdi.
Orenburq quberniyasından I Dövlәt Dumasının üzvü seçilmişdi.
“İttifaqi-müslimin” partiyasının MK üzvü vә xәzinәdarı idi.
109 Qoqol abidәsi – böyük rus yazıçısı N.V.Qoqolun anadan olmasının
100 illiyi münasibәti ilә 1909-cu ildә Moskvada eyniadlı bağda
ucaldılmış heykәl nәzәrdә tutulur.