Page 624 - design_Topcubashov_Full_Layout 1
P. 624
İzahlar və şərhlər
92 “Temps” (daha dәqiq: “Le Temps”) – 1826-cı ildәn etibarәn
Lozannada (İsveçrә) fransız dilindә nәşr olunan populyar ictimai-
siyasi qәzet.
93
“Mәktәb”, “Faydalı әylәncәlәr” – İsmayıl Qaspıralının “Tәrcüman”
qәzetinin nәşrinә icazә alana qәdәr litoqrafiya üsulu ilә Tiflisdә
Ünsizadә mәtbәәsindә çap etdirdiyi bir neçә sayı meydana çıxan cari
nәşrlәr.
94 “Moskovskie vedomosti” – Moskvada 1756–1917-ci illәrdә çıxan
vә sahiblik hüququ Moskva Universitetinә mәxsus olan qәzet.
Mövcudluğunun son illәrindә ifrat sağ mövqedә, rus millәtçiliyi
platformasında dayanırdı.
95 “Novoe vremya” – Peterburqda 1868–1917-ci illәrdә nәşr olunan
ifrat sağ tәmayüllü rus qәzeti. Bolşevik çevrilişinin növbәti günü
bağlanmışdı.
96
Smirnov Vasili Dmitroviç (1846–1922) – rus şәrqşünası, türkoloq.
İslama dair tәdqiqatları da mövcuddur. Elmi yaradıcılığında şovinizm
vә böyükdövlәtçilik elementlәrinә tәsadüf olunur.
Çerevanski Vladimir Pavloviç (1836–1914) – mühafizәkar әhval-
97
ruhiyyәli Rusiya dövlәt xadimi, gizli müşavir, Dövlәt Şurasının üzvü.
Rusiya müsәlmanlarına mәnfi münasibәti ilә seçilirdi.
624 98 Tevkelev Kutlu-Mәhәmmәd Batırgireyeviç (1850–1917-ci ildәn
sonra) – tatar zadәganı, iri torpaq sahibi, Ufa quberniyasından I–IV
çağırış Rusiya Dövlәt Dumasının deputatı (kadet partiyasından),
polkovnik, 1916-cı ildә Lozannada keçirilәn Rusiya xalqları konqresinin
iştirakçısı. Sonrakı taleyi bәlli deyil.
99 Xәlil bәy Xasmәmmәdov (1873–1947) – Azәrbaycan siyasi vә
dövlәt xadimi, II vә III Dövlәt Dumasının üzvü, Azәrbaycan
Cümhuriyyәti hökumәtindә daxili işlәr (26.12.1918–16.06.1919) vә
әdliyyә naziri. 1920-ci ildә Azәrbaycanın İstanbulda diplomatik
nümayәndәsi tәyin edilsә dә, Cümhuriyyәtin süqutu sәbәbindәn
vәzifәsinin icrasına başlaya bilmәmişdi. 1920-ci ildәn siyasi mühacir.
100 İbrahim bәy Heydәrov (1879–1949) – azәrbaycanlı ictimai-
siyasi xadim, III Dövlәt Dumasının deputatı, Fevral inqilabından
sonra Qafqazdakı siyasi proseslәrin fәal iştirakçısı, Dağlı hökumәtinin
poçt vә teleqraf naziri, Rusiya Müәssislәr Mәclisinin üzvü, Paris sülh
konfransının iştirakçısı.
101 Daxadayev Mәhәmmәd-Әli (1882–1918) – partiya lәqәbi Mahaç,
XX әsrin әvvәllәrindә Dağıstanda ictimai-siyasi hәrәkatın fәal
iştirakçılarından biri, bolşevik. Milliyyәtcә avar idi. Ağqvardiyaçılar