Page 626 - design_Topcubashov_Full_Layout 1
P. 626

İzahlar və şərhlər

                  110  “Volqa” cәmiyyәti – әsası 1843-cü ildә qoyulmuş vә 1917-ci ilә
                  qәdәr Rusiyada üç iri gәmiçilik şirkәtlәrindәn biri. Volqa hövzәsindә
                  yük vә sәrnişin daşımaları ilә mәşğul olurdu.
                  111  Şeyxәli Әli Dövlәtoviç (1845–1917-ci ildәn sonra) – kumık
                  әsilzadәsi, rus ordusunun general-mayoru. İstefaya çıxandan sonra
                  Peterburqda yaşayır, ictimai işlәr vә xeyriyyәçilik fәaliyyәti ilә mәşğul
                  olurdu. 1906-cı ildәn Peterburq cümә mәscidinin tikintisinә rәhbәrlik
                  edәn komitәnin sәdri idi.
                  112  Hacı Mәmmәdxan Kәrimov (Xadji Muxametzyan Karimov) –
                  geniş imkanlara malik Kazan tatarı, ikinci gildiya tacir, Volqaboyunda
                  müsәlman hәrәkatının fәal iştirakçılarından biri.
                  113
                     Seydaşev Әhmәdcan  (Saydaşev Axmetzyan) – Kazan tatarı,
                  birinci gildiya tacir, Rusiyada müsәlman hәrәkatının fәal iştirakçısı,
                  iş adamı vә xeyriyyәçi.
                  114  Qalikeev Sadıq (Qalikeev Muxametsadık, 1840–1912) – Kazan
                  tatarı, iri manufaktura taciri, müsәlman hәrәkatınıın iştirakçısı,
                  1897–1917-ci illәrdә Kazan Şәhәr Dumasının üzvü, tatar uşaqlarına
                  rusca tәhsil verәn mәktәbin himayәçisi, Kazanın kasıb müsәlmanlarına
                  yardım komitәsinin üzvü.
                  115  Qaleev Mәhәmmәdcan (Qaleev Muxametzyan, 1832–1909) –
                  Kazan tatarı, tacir, ictimai xadim, milli ayaqqabı vә baş geyimlәri
         626
                  fabrikinin sahibi.
                  116
                    Salikeev Әbdürrәhman (Salikeev Abdraxman) – Kazan tatarı,
                  birinci gildiya tacir, iş adamı, Kazandakı әn böyük sabun fabrikinin
                  sahibi.
                  117  “Samolyot” cәmiyyәti – әsası 1853-cü ildә qoyulmuş gәmiçilik
                  şirkәti. 25-dәn çox sәrnişin gәmisi ilә Volqa vә Kama çaylarında yük
                  vә sәrnişin daşımaları ilә mәşğul olurdu.
                  118  Kineli – Samara vilayәtindә qәsәbә. Böyük Kinel çayı üzәrindә
                  yerlәşir. Adını buradan götürüb.
                  119  Solovyov Temirşa (1875–1947)  – tatar ictimai xadimi, yazıçı,
                  naşir, jurnalist, iri tacir.
                  120  Kәrimov (Kәrimi) Mәhәmmәd Fatih (Karimov Muxamed
                  Fatıx, 1870–1837) – tatar yazıçısı, jurnalist, ictimai xadim, Orenburqda
                  çıxan “Vakıt” qәzetinin redaktoru. “İttihadi-müslimin” partiyası
                  Mәrkәzi Komitәsinin üzvü, Fevral inqilabından sonra Ümumrusiya
                  Müsәlman Şurasının üzvü.
                  121
                     Mahmud Xusainov (Maxmut Xusainov, 1839–1910)  – tatar
                  ictimai xadimi, Orenburq taciri, xeyriyyәçi.
                  122
                    Bürhan Şәrәf (Burxan Şaraf, 1883–1942) – Kazan tatarı, müәllim,
                  jurnalist vә tәnqidçi. 1895–1905-ci illәrdә Orenburqun Mәhәmmәdiyyә
   621   622   623   624   625   626   627   628   629   630   631