Page 631 - design_Topcubashov_Full_Layout 1
P. 631
İzahlar və şərhlər
170 Sırtlanovun arvadı (Amina Maxmutovna Sırtlanova, 1884–1939-cu
ildәn sonra) – ictimai xadim, Rusiyada qadın hәrәkatının fәal
iştirakçısı, Birinci Dünya müharibәsi illәrindә şәfqәt bacısı. Kumık
әsilli rus generalı Mahmud Şeyxәliyevin (Şeyx-Әli) qızı idi. Teosofiya
ilә yaxından maraqlanırdı. 1919-cu ildәn “Avrora” adlı Paris mason
lojasının üzvü olmuşdu. Bolşevik inqilabından sonra Fransaya
mühacirәt etmәsi, fransız aristokrat dairәlәrindә Amina Hanum
Syrtlanoff kimi tanınması haqda mәlumatlar mövcuddur. Başqa bir
versiyaya görә, 1930-cu ildә qazax mühәndis, keçmiş Kokand
respublikasının yollar naziri Mәhәmmәd Tınışbәyova әrә getmiş,
hәyatının sonuna qәdәr Alma-Atada yaşamışdı. (Bax: Камиль Алиев.
Судьба потомков Девлет Мирзы Шейх-Али, газета “Ёлдаш”, 10
марта 2006 г.)
171 Sırtlanovun bacısı (Safiya Şaxaydarovna Sırtlanova) – dövrün
açıqfikirli başqırd qadınlarından idi. Cenevrә vә Kazan universitetlәrindә
tibb tәhsili almışdı. Vәtәndaş müharibәsindәn sonra Türkiyәyә köçmüş,
daha sonra Almaniyada mәskunlaşmışdı.
172 Alkino – indiki Başqırdıstanın Çeşmә rayonunda kәnd, Alkinlәr
ailәsinin keçmiş malikanәsi.
173 General Şeyxәliyev (Şeyx-Әli, Maxmut Muxametoviç Şeyx-
Ali, 1829, yaxud 1935 vә tәxminәn 1930-cu illәr arası) – kumık
әsilli rus generalı, Krım vә Qafqaz müharibәlәrinin iştirakçısı, II 631
müsәlman qurultayının nümayәndәsi, xeyriyyәçi, ictimai xadim. Oğlu
– Davud Şeyx-Әli (1879–1954) 7 avqust 1912-ci ildә ehtiyatsızlıq
ucbatından bacısının әri O.Sırtlanovu revolverdәn açılan atәşlә
öldürmüşdü. Hәbs olunmuş, amma tezliklә әfv edilmişdi. Sovet
hakimiyyәti illәrindә bitkişünas alim, Mahaçqala Universitetindә
kafedra müdiri, professor olmuşdu. Qızı – Әminә Sırtlanova (bax:
170-ci izah).
174 Mahi Pәrvaz (Maqi Pәrvas, Maqipervaz) – Kazan tatarı, zadәgan
Şahәhmәd Alkinin qızı, “Kazan müxbiri” qәzetinin naşiri Seyid Girey
Alkinin bacısı. General Mahmud Şeyx-Әlinin xanımı. Peterburqda
vә Ufa quberniyasında xeyriyyәçiliklә mәşğul olmuş, qadın hәrәkatının
fәallarından biri kimi tanınmışdı. Peterburq qadın xeyriyyә cәmiyyәtinin
sәdri olmuşdu.
175
Aliyә mәdrәsәsi (Qaliyә) – 1906–1919-cu illәrdә Ufa cümә
mәscidi yanında fәaliyyәt göstәrәn, әsası başqırd maarifçisi Ziyautdin
Kamaletdinov tәrәfindәn qoyulmuş orta-ali tәhsil müәssisәsi.
176 Şahheydәr (Şaxaydar Şaqerdenoviç Sırtlanov, 1847–1916-cı
ildәn әvvәl) – Oskar Sırtlanovun atası, başqırd zadәganı, Ufa
quberniyasından I vә II Dövlәt Dumasının deputatı, kadet, fәxri
barışıq hakimi.