Page 633 - design_Topcubashov_Full_Layout 1
P. 633

İzahlar və şərhlər

           186  Avropa ilә Asiyanın sәrhәddindәki sütun – Çelyabinsk-Zlatoust
           şәhәrlәri arasında, Urjum stansiyası yaxınlığında Transsibir dәmiryolunun
           tikintisinin başa çatması münasibәti ilә ucaldılmışdı.
           187  Yauşev (Yauşev Molla Qali Axmetzyanoviç, 1864–1927) – Kazan
           tatarı, birinci gildiya tacir, xeyriyyәçi vә ictimai xadim. Rusiya
           müsәlmanlarının II qurultayının iştirakçısı. “Yauşev qardaşları” ticarәt
           evinin başçısı. 1907–1917-ci illәrdә  Troitsk müsәlman xeyriyyә
           cәmiyyәtinin işinә rәhbәrlik etmişdi.
           188  “Yapon qәhrәmanları”  – 1904–1905-ci illәr rus-yapon
           müharibәsindә Mancuriya cәbhәsindә vә Port-Arturda qәhrәmanlıq
           göstәrmiş rus әsgәr vә zabitlәri nәzәrdә tutulur.
           189
              Әhmәrov (Axmarov Qabdraxman)  – tatar ictimai xadimi,
           xeyriyyәçi, iş adamı,  Troitsk müsәlman xeyriyyә cәmiyyәtinin
           tәşkilatçısı vә katibi.
           190  Lәtif (Yauşev Latıp Muxammetşarıpoviç)  – M.Q.Yauşevin
           qardaşı oğlu, tacir, ictimai xadim, 1911–1913-cü illәrdә  Troitsk
           müsәlman xeyriyyә cәmiyyәtinin üzvü, Ümumrusiya müsәlmanları
           II qurultayının (iyun, 1917, Kazan) nümayәndәsi.
           191  Әbdülәziz  (Yauşev Abdul Aziz  Muxammetşarıpoviç)  –
           M.Q.Yauşevin qardaşı oğlu, birinci gildiya Daşkәnd taciri. Müsәlman
           ictimai hәrәkatının iştirakçısı.
           192  Melnikov (Melnikov Vasili Vasilyeviç) – tacir, Troitsk şәhәrinin  633
           başçısı.
           193  Vәliyev (Valiev Muxammetzyan, 1868–1942) – tatar xeyriyyәçisi,
           birinci gildiya tacir, Troitsk müsәlman xeyriyyә cәmiyyәtinin hәmsәdri.
           194
              Urazaev (Urazaev Qalulla, 1842–1912-ci ildәn sonra) – tatar
           xeyriyyәçisi, ikinci gildiya tacir, Troitsk Şәhәr Dumasının qlasnısı,
           1901–1910-cu illәrdә Troitsk müsәlman xeyriyyә cәmiyyәtinin sәdr
           müavini.
           195  Axund Yauşev  (Qabdelbari Yauşev)  – din xadimi,  Tobolsk
           quberniyası Petropavlovsk şәhәrinin axundu.
           196  Zeynulla Rәsulov (Zaynulla Rasulev, 1833–1917) – tatar dini vә
           ictimai xadimi, şәriәt mütәxәssisi, maarifçi, 1884-cü ildәn Troitsk
           şәhәri Beşinci cümә mәscidinin imam-xәtibi, әsasını özünün qoyduğu
           Rәsuliyyә mәdrәsәsinin müdәrrisi. Mәktәb vә mәdrәsәlәrin yenilәnmәsi,
           islahı tәrәfdarı kimi tanınırdı.
           197  Başkirev (Başkirev Qavriil Alekseyeviç) – Troitsk taciri, ikinci
           dördsinifli şәhәr mәktәbinin fәxri hamisi.
           198  İttifaq – söhbәt Rusiya Müsәlmanları İttifaqı (qısaldılmış variantda
           “İttifaq”) haqqında gedir. İttifaq kütlәvi, ümumxalq tәşkilatı idi.
           Sözün hәqiqi mәnasında, ciddi siyasi partiya olmasa da, XX әsrin
           әvvәllәrindә bütün Rusiya müsәlmanlarının siyasi cәhәtdәn
   628   629   630   631   632   633   634   635   636   637   638