Page 628 - design_Topcubashov_Full_Layout 1
P. 628
İzahlar və şərhlər
Orenburq müsәlman cәmiyyәtinin fәxri üzvü. 1910-cu ildәn Orenburq
axundu idi.
132 Mahmud Usmanov (1846–1912) – tatar iş adamı, müsәlman
hәrәkatının iştirakçısı, ikinci gildiya Orenburq taciri, 1892–1911-ci
illәrdә Orenburq Şәhәr Dumasının qlasnısı kimi fәaliyyәt göstәrmişdi.
133 Әbubәkir Kapkayev (Abubakir Kapkaev, 1864–1918-ci ildәn
sonra) – iş adamı, ictimai xadim, 1905–1918-ci illәrdә Orenburq
Şәhәr Dumasının qlasnısı, 1906-cı ildә Orenburq müsәlman cәmiyyәtinin
yaradılmasının tәşәbbüskarlarından biri olmuş, 1908–1910-cu illәrdә
onun fәaliyyәtinә rәhbәrlik etmişdi.
134 Mirzә Zakir Xeyrov (Mirza Zakir Xairov) – dövrün ziyalı vә
mütәrәqqi Orenburq taciri, xeyriyyәçi, Volqaboyunda müsәlman
ictimai hәrәkatının iştirakçısı.
135
Mahmud bәy Xusainov (Maxmut bay Xusainov) – Xusainiyyә
mәdrәsәsinin qurucusu Әhmәd bәy Xusainovun kiçik qardaşı, iş
adamı vә xeyriyyәçi.
136 Karqalı – Şimali Avrasiyada, Orenburqdan tәxminәn 40–50 km
mәsafәdә yerlәşәn qәdim dağ-mәdәn mәrkәzi vә eyniadlı yaşayış
mәntәqәsi.
137
Vәliulla molla Xusainov (Xusainov Muxametvali, 1871–1933)
– tatar ictimai xadimi, Vәliyyә mәdrәsәsinin himayәçisi, 1906–1918-ci
628
illәrdә Orenburqda çıxan “Din va maqişat” jurnalının naşiri.
138 Ömәr xәlifә Dövlәtyarov (Qumar Davletyarov) – Karqalı sakini,
müsәlman ziyalısı, Ümumrusiya müsәlmanlarının Moskva (may,
1917) qurultayının iştirakçısı.
139
İshaq axund İsmayılov (İsxak İsmaqilov, 1826–1916) – tanınmış
tatar din xadimi, 1884–1916-cı illәrdә Karqalının Seitov Posad adlı
mәhәllәsinin baş axundu olmuşdu.
140 Әyyub İbrahimov (Ayup İbraqimov, 1841–1916-cı ildәn sonra)
– din xadimi, Orenburq quberniyasının Karqalı qәsәbәsindәki 9-cu
cümә mәscidinin imam-xәtibi.
141
Әbdül Qüddüs Kutuyev – burada söhbәt, çox güman ki,
Ümumrusiya müsәlmanlarının Kazanda keçirilәn II qurultayının
(iyun, 1917) iştirakçısı Abdulla Kutuyevdәn gedir.
142 Әbdül Lәtif Mindubayev (Abdullatip Minlibaev) – tacir,
müsәlman hәrәkatının iştirakçısı.
143 Xeyrulla Qalikeev (Xayrulla Qalikeev, 1856–1923-cü ildәn
sonra) – başqırd din xadimi, işan vә xәtib-müdәrris. Müsәlman
hәrәkatının iştirakçısı.
144 Sakmara – Başqırdıstandan vә Orenburq vilayәtindәn keçәn çay.
Üzәrindә eyni adlı şәhәr yerlәşir.