Page 623 - design_Topcubashov_Full_Layout 1
P. 623

İzahlar və şərhlər


           tarixindә ilk mәtbu orqan, ilk cari nәşr idi. Milli mәtbuatın sonrakı
           inkişafında böyük rol oynamışdı.
           84
             “Ziya” – Sәid Әfәndi Ünsizadәnin redaktorluğu ilә 1879–1880-ci
           vә 1882–1884-cü illәrdә Tiflis vә Şamaxıda nәşr olunan qәzet. Әvvәl
           “Ziya”, sonra isә “Ziyayi-Qafqaziyyә” adı ilә çıxmışdı.
           85  “Kәşkül”  – Cәlal Әfәndi Ünsizadәnin redaktorluğu ilә
           1883–1891-ci illәrdә Tiflisdә әvvәlcә mәcmuә, sonra isә qәzet kimi
           çap olunan dövri nәşr. Әdәbi-ictimai baxımdan daha mütәrәqqi
           xarakter daşıyırdı.
           86
             Ünsizadәlәr – XIX әsr Azәrbaycan mәtbuatı sahәsindә jurnalist,
           naşir, redaktor, mәtbәә sahibi kimi fәaliyyәt göstәrmiş Sәid Ünsizadә
           (1845–1903), Cәlal Әfәndi vә Kamal Ünsizadә qardaşları. Sonralar
           hәr üçü Osmanlı imperiyasına köçüb, fәaliyyәtlәrini orada davam
           etdirmişdilәr.
           87  Çernyayevski Aleksey Osipoviç (1840–1894) – pedaqoq, müәllim
           Sәfәrәlibәy  Vәlibәyovla birlikdә ibtidai mәktәblәr üçün ikihissәli
           “Vәtәn dili” (1888) dәrsliyini hazırlamışdı. 1890-cı illәrdә Azәrbaycan
           türkcәsindә qәzet nәşrinә tәşәbbüs göstәrsә dә, mәqsәdinә nail ola
           bilmәmişdi.
           88  17 Oktyabr günü – Rusiya imperiyasının ali hakimiyyәtinin ölkә
           idarәçiliyindә qanunların daha da tәkmillәşdirilmәsi mәqsәdilә  623
           17 (30) oktyabr  1905-ci il tarixindә xalqa elan etdiyi manifest.
           Sәnәdin әhәmiyyәti Rusiya tarixindә ilk dәfә olaraq çarın öz mütlәq
           hakimiyyәtini qanunverici orqanla bölüşdürmәsi vә bu mәqsәdlә
           Dövlәt Dumasına seçkilәrin keçirilmәsinә razılıq vermәsindә idi.
           89
             İran Konstitusiyası vә İran Parlamenti – İranda Qanuni-әsasi
           (konstitusiya) qәbul edilmәsi haqqında Müzәffәrәddin şah 1906-cı il
           avqustun 5-dә, Millәt Mәclisinin (Parlament) çağırılması haqqında
           isә sentyabrın 9-da fәrman vermişdi. Oğlu, 1907-ci ilin başlanğıcında
           hakimiyyәtә gәlәn Mәhәmmәdәli şah atasının imzaladığı bu fәrmanları
           tanımaq istәmәyәndә isә xalq öz qәlәbәsini qorumaq üçün daha
           qәtiyyәtli vasitәlәrә әl atmışdı.
           90
             Gәnc türklәr – Osmanlı imperiyasında XIX әsrin 70-ci illәrindәn
           etibarәn genişlәnәn siyasi hәrәkat iştirakçılarına verilәn ad. 1876-cı
           ildәn etibarәn gәnc türklәr yenilikçi sәdrәzәm Midhәt paşaya arxalanaraq
           liberal islahatlar hәyata keçirmәyә vә ölkәdә konstitusiyalı dövlәt
           quruluşu yaratmağa çalışırdılar. Onların mübarizәsi 1908-ci ildә
           uğurla başa çatmış, Sultan II Әbdülhәmid devrilmişdi.
           91  Nәsrәddin şah Qacar (1831–1896) – türk әsilli Qacar sülalәsindәn
           olan İran şahı. 1848–1896-cı illәrdә hakimiyyәt başında olmuş, sәrt
           idarәçiliyi ilә tanınmışdı. 1896-cı ildә sui-qәsd nәticәsindә öldürülmüşdü.
   618   619   620   621   622   623   624   625   626   627   628