Page 618 - design_Topcubashov_Full_Layout 1
P. 618
İzahlar və şərhlər
36 “Allgemeine Zeitung” (dәqiq: “Deutsche Allgemeine Zeitung”)
– 1861–1945-ci illәrdә Berlindә nәşr olunan sağ tәmayüllü alman
qәzeti.
37
Zarncke Literarisches Centralblatt – 1852–1944-cü illәrdә
Almaniyada (Leypsiq) nәşr olunan almandilli әdәbiyyat mәcmuәsi.
38 Firidun bәy Köçәrli (1863–1920) – Azәrbaycan әdәbi tәnqidinin
vә әdәbiyyat tarixçiliyinin banisi, әdәbiyyatşünas, tәnqidçi, folklorşünas,
pedaqoq, tәhsil tәşkilatçısı. Qori Müәllimlәr Seminariyası Azәrbaycan
şöbәsinin müәllimi, Qazax Müәllimlәr Seminariyasının (1917) qurucusu
vә ilk direktoru.
39 Tolstoy Lev Nikolayeviç (1828–1910) – böyük rus yazıçısı. XIX
әsrin sonlarında Azәrbaycanda onun әxlaqi tәliminә vә “şәrә müqavimәt
göstәrmәmәk” prinsipinә müәyyәn maraq mövcud idi.
40
Artur Şopenhauer (Arthur Schopenhauer, 1788–1860) – alman
filosofu, irrassionalizm nәzәriyyәsinin görkәmli nümayәndәsi. Özünü
Kant fәlsәfi irsinin pәrәstişkarlarından biri hesab edirdi.
41 “Kavkazskiy vestnik” – 1900–1905-ci illәrdә Tiflisdә rus dilindә
nәşr olunan aylıq elmi-әdәbi mәcmuә. Baş redaktoru V.D.Korqanov
idi. Jurnal öz qarşısına Qafqazın vә hәmsәrhәd Şәrq ölkәlәrinin
tarixini, әdәbiyyat vә maarifini, habelә mәdәni-mәnәvi hәyatın digәr
618
sahәlәrini işıqlandırmaq vәzifәsini qoymuşdu.
42 Aşıq Pәri (1811–1847) – XIX әsr Azәrbaycan şairәsi. Xalq şeiri
üslubunda yazılmış qoşma vә gәraylıları, habelә bir sıra müasirlәri
ilә deyişmәlәri ilә tanınır.
43
Seyid Әbülqasim Nәbati (1812–1873) – XIX әsr Cәnubi Azәrbaycan
şairi. Hürufi әdәbiyyatının sonuncu görkәmli nümayәndәlәrindәn biri
kimi tanınırdı.
44 Hәsәn bәy Zәrdabi (1837–1907) – Azәrbaycan milli mәtbuatının,
teatrının vә qadın tәhsilinin banisi, pedaqoq, ictimai xadim. Uzun
illәr Bakı Şәhәr Dumasının üzvü. “Әkinçi” qәzetinin (1875–1877)
tәsisçisi vә redaktoru, “Kaspi”nin fәal әmәkdaşlarından biri. Moskva
Universitetinin ilk azәrbaycanlı mәzunu (1865).
45 Әhmәd bәy Ağayev (Ahmet Ağaoğlu, 1869–1939) – jurnalist,
ictimai-siyasi xadim. Sorbonna mәzunu. “Kaspi”nin әn fәal müәllifi.
Azәrbaycan vә Türkiyәdә nәşr olunan bir neçә qәzetin tәsisçisi.
Azәrbaycan Cümhuriyyәti, Osmanlı vә Türkiyә Cümhuriyyәti
Parlamentlәrinin üzvü. 1909-cu ildәn etibarәn yaşadığı Türkiyәdә
Ahmed Ağaoğlu kimi tanınmışdı. Ankara Hüquq Mәktәbinin qu ru -
cularından biri olmuşdu.