Page 617 - design_Topcubashov_Full_Layout 1
P. 617
İzahlar və şərhlər
27 Vorontsov Mixail Semyonoviç (1772–1856) – qraf, knyaz, rus
hәrbçisi, feldmarşal vә dövlәt xadimi. 1812-ci il müharibәsinin
qәhrәmanı. 1844–1853-cü illәrdә Qafqaz canişini. Mәdәniyyәtә
himayәsi ilә seçilirdi. Tiflis teatrı onun tәşәbbüsü ilә yaradılmışdı.
M.F.Axundzadә әsәrlәrinin nәşrinin dә tәşәbbüskarı olmuşdu.
28 Cәlalәddin Mirzә (1836–1870) – türk әsilli İran şahzadәsi, Fәtәli
şah Qacarın әlli sәkkizinci oğlu. İran tarixinә dair “Nameyi-Xosrovan”
әsәrinin müәllifidir. Türk olsa da, daha çox İran vәtәnpәrvәri kimi
tanınırdı. Mütәrәqqi görüşlәri ilә seçilir, M.F.Axundzadә, Mirzә
Melkum xan, Mirzә Yusif xan vә b. ilә mәktublaşırdı.
29 Mirzә Cәfәr Qaracadaği – tanınmış Cәnubi Azәrbaycan ziyalısı.
Cәnubi Azәrbaycanın Qaradağ mahalında doğulduğundan bölgәnin
adını özünә tәxәllüs kimi götürmüşdü. Cәlalәddin Mirzәnin şәxsi
katibi olmuş, M.F.Axundzadәnin әsәrlәrini onun razılığı vә tәşviqi
ilә ilk dәfә fars dilinә çevirәrәk, 1874-cü ildә ayrıca kitab şәklindә
çap etdirmişdi. Mirzә Fәtәli irsinin Avropada yayılmasında hәmin
tәrcümәlәr böyük rol oynamışdı.
Haggard (William Henry Doveton, 1846–1926) – ingilis diplomatı
30
vә şәrqşünas-tәrcümәçi. Orta әsrlәr fars әdәbiyyatına dair bir sıra
araşdırmaların müәllifidir.
31 Lestrange (Guy Le Strange, 1854–1933) – ingilis şәrqşünası, 617
әrәb vә fars әdәbiyyatları üzrә mütәxәssis. Yaxın Şәrqin tarixi
coğrafiyasına dair tәdqiqatları ilә dә tanınır.
32 Barbye de Meynard (Barbier de Meynard Charles, 1826–1908)
– fransız şәrqşünası vә tarixçisi. İslamın vә xilafәtin tәdqiqatçısı kimi
daha çox tanınır.
33 “Journal Asiatique” (tam adı: “Journal Asiatique, ou Recueli de
Memoires, d`Extraits et de Notices relatifs a l`Histoire, a la
Philosophie, aux Langues et a la Litterature des Peuples Orientaux”)
– Fransa Asiya Cәmiyyәtinin nәşri kimi 1822-ci ildәn bizim günlәrә
qәdәr Parisdә çıxan elmi jurnal.
34
Cilliere Alfonse (Cilliere Alphonse, 1861–1946) – fransız diplomatı,
türk, әrәb vә fars dillәri üzrә mütәxәssis. 1887–1925-ci illәrdә Fransa
Xarici İşlәr Nazirliyi sistemindә çalışmışdı. 1890-cı illәrdә Trabzon
şәhәrindә baş konsul olduğu dövrdә türklәrә qarşı ermәnipәrәst
mövqedәn yazılmış “Massacres d`Armeniens” (“Ermәni soyqırımı”)
kitabını nәşr etdirmişdi (1895).
35 Varmund Adolf (Wahrmund Adolf, 1827–1809) – alman şәrqşünası.
Әrәb, fars vә türk dillәri üzrә mütәxәssis. 1885-ci ildә Vyana Şәrq
Dillәri İnstitutunun direktoru olmuşdu.