Page 615 - design_Topcubashov_Full_Layout 1
P. 615

İzahlar və şərhlər

           9  Ömәr ibn әl-Xәttab (582–644) – ikinci islam xәlifәsi (634–644),
           Mәhәmmәd peyğәmbәrin yaxın әsabәlәrindәn biri. Qәtiyyәtli dövlәt
           xadimi vә sәrkәrdә kimi tanınmışdı.
           10
              Mirzә Fәtәli  Axundzadә (1812–1878) – yeni  Azәrbaycan
           әdәbiyyatının vә müsәlman şәrqindә dram sәnәtinin banisi, yazıçı,
           ictimai xadim, tәnqidçi, filosof, әlifba islahatçısı. Onun komediyalarının
           ilk nәşrinin 50 illiyinin qeyd edilmәsi XX әsr Azәrbaycan mәdәniyyәti
           tarixindә klassiklәrin xatirәsinin anılması ilә bağlı keçirilәn ilk mәdәni
           tәdbir, ilk qәdirşünaslıq aktı idi.
           11  Tağıyev teatrı – ilkin olaraq 1873-cü ildә, daha mükәmmәl
           variantda isә 1900-cü ildә xeyriyyәçi H.Z.Tağıyevin vәsaiti hesabına
           tikilmiş ilk ixtisaslaşdırılmış teatr binası. Azәrbaycanlı dramaturqların
           bir sıra әsәrlәri, elәcә dә Şәrqdә ilk opera – “Leyli vә Mәcnun” bu
           binada tamaşaya qoyulmuşdu.
             Molyer Jan Batist Poklen (Jean Baptiste Poquelin, 1622–1673)
           12
           – böyük fransız komedioqrafı, Fransa vә Qәrbi Avropa әdәbiyyatında
           klassik komediya janrının banisi.
           13  Molla Pәnah Vaqif (1717–1797) – XVIII әsr Azәrbaycan şairi vә
           dövlәt xadimi, Qarabağ xanlığının vәziri.  Aydın vә anlaşıqlı ana
           dilindә, sadә üslubda xalq şeiri әnәnәlәrinә әsaslanan yeni tipli realist  615
           poeziyanın yaradıcısı vә görkәmli nümayәndәsi.
           14  Qasım bәy Zakir (1784–1857) – XIX әsr  Azәrbaycan şairi.
           Poeziyada  Vaqif әnәnәlәrini davam etdirmişdi. Lirik vә aşiqanә
           әsәrlәrin, mәnzum şeirlәrin, ictimai xarakterli satirik әsәrlәrin
           müәllifidir.
             Molla Vәli Vidadi  (1709–1809) – XVIII әsr Azәrbaycan şairi.
           15
           Yaradıcılığında qoşma janrı vә şifahi xalq әdәbiyyatı әnәnәlәri mühüm
           yer tuturdu. Vaqifin yaxın dostu vә müasiri idi.
           16  Berje Adolf Petroviç (1828–1886) – Qafqaz canişinliyindә çalışmış
           rus bürokratı vә şәrqşünas alim, qafqazşünas, arxeoloq vә arxeoqraf.
           1864–1886-cı illәrdә Qafqaz Arxeoqrafiya Komissiyasına rәhbәrlik
           etmiş, bu komissiyanın hazırladığı çoxcildli “Aktlar”ın redaktoru vә
           naşiri olmuşdur.
           17
             Mirzә  Yusif Qarabaği (1798–1864) – ermәni mәnşәli tarixçi.
           Hәqiqi soyadı Nersesov idi. Qarabağa Azәrbaycanın cәnubundan –
           Әhәr mahalından köçmüşdü. Qarabağ tarixinә dair daha çox ermәni
           millәtçiliyi mövqeyindәn yazılmış “Tarixi-Safi” әsәrinin müәllifidir.
           1857-ci ildә Temirxan-Şurada (Buynaksk) 30 il әrzindә Azәrbaycan
           әdәbiyyatından topladığı poetik nümunәlәrdәn ibarәt “Mәcmueyi-
   610   611   612   613   614   615   616   617   618   619   620