Page 616 - design_Topcubashov_Full_Layout 1
P. 616
İzahlar və şərhlər
әşari-Vaqif vә müasirini-digәr” müntәxәbatını litoqrafiya üsulu ilә
çap etdirmişdi.
18
Nizami Gәncәvi (1141–1209) – klassik Azәrbaycan şairi, filosof.
Orta әsrlәr Şәrq İntibahının yaradıcılarından vә әn görkәmli
nümayәndәlәrindәn biri. Mәşhur “Xәmsә”nin yaradıcısı.
19 Rәşid bәy Axundov (1854–1909) – Mirzә Fәtәli Axundovun oğlu.
Belçikada ali mühәndislik tәhsili almışdı. Atasının bәdii irsini Fransada
yaymağa çalışmışdı. Fransız әdәbiyyatından bir sıra tәrcümәlәrin
müәllifidir.
20 Mirzә Şәfi Vazeh (1796–1852) – XIX әsr Azәrbaycan şairi,
pedaqoq. Әksәriyyәti günümüzә gәlib çatmayan әsәrlәrini fars vә
Azәrbaycan dillәrindә yazmışdı. Alman şairi Fridrix Bodenştedt bir
sıra şeirlәrini almancaya çevirib çap etdirәndәn sonra Qәrbi Avropada
qeyri-adi populyarlıq qazanmışdı.
Rozen Qriqori Vladimiroviç (1782–1841) – alman әsilli rus
21
hәrbçisi vә dövlәt xadimi, baron. 1831–1837-ci illәrdә Gürcüstan,
Ermәni vilayәti, Hәştәrxan quberniyası vә Qafqaz әyalәtinin mülki
işlәr vә sәrhәd mәsәlәlәri üzrә baş hakimi vәzifәsindә çalışmışdı.
22 Puşkin Aleksandr Sergeyeviç (1799–1837) – böyük rus şairi.
Yaradıcılığı Azәrbaycanda XIX әsrin sonlarından tanınmağa başlamışdı.
616
Anadan olmasının 100 illiyi münasibәti ilә Ә.Topçubaşovun hәm
“Kavkaz”, hәm dә “Kaspi” qәzetlәrindә irihәcmli mәqalәsi çap
olunmuşdu.
23
Parnas – Yunanıstanda müqәddәs dağ. İki min ildәn çoxdur ki,
mәdәniyyәt tarixindә şairlәrin, bütünlükdә isә incәsәnәt adamlarının
simvolik mәskәni kimi tanınır.
24 Bestujev-Marlinski Aleksandr Aleksandroviç (1797–1837) –
romantizm dövrü rus әdәbiyyatının tanınmış nümayәndәlәrindәn biri,
tәnqidçi, publisist vә tәrcümәçi. Dekabrist hәrәkatının iştirakçısı kimi
Qafqaza sürgünә göndәrilmişdi. Әsәrlәrini Marlinski tәxәllüsü ilә
çap etdirirdi. Dağlılara qarşı döyüşdә hәlak olmuşdu.
25 Sәfәvilәr – 1501–1736-cı illәrdә indiki Azәrbaycan, Ermәnistan,
İran, İraq, Qәrbi Pakistan, Türkmәnistan, Şәrqi Türkiyә, Şimal-Şәrqi
Hindistan әrazilәrindә mövcud olmuş tarixi Azәrbaycan dövlәti.
Banisi qüdrәtli sәrkәrdә vә şair Şah İsmayıl Xәtai idi.
26
Müzәffәrәddin şah Qacar (1853–1907) – türk әsilli Qacar sülalәsinә
mәnsub İran şahı. Nәsrәddin şahın oğlu. 1896–1907-ci illәrdә
hakimiyyәtdә olmuşdur. Hakimiyyәti dövründә İranda Mәşrutә hәrәkatı
başlanmışdı.