Page 621 - design_Topcubashov_Full_Layout 1
P. 621

İzahlar və şərhlər


           yaşadığı tarixi Kasimov şәhәrindә qızlar üçün mәktәbin müdirәsi vә
           müәllimi. XX әsrin әvvәllәrindә tatar әdәbiyyatında şair vә yazıçı
           kimi dә tanınırdı.
             Şeyx Barudi (1872–1926) – tatar ilahiyyatçısı, islamda yenilәşmә
           66
           (cәdidizm) hәrәkatının tәrәfdarlarından biri. Buxarada әsaslı dini
           tәhsil aldıqdan sonra 1901-ci ildә Kazanda tәdrisin yeni üsulla
           aparıldığı “Mәdrәseyi-Mәhәmmәdiyә”ni qurmuş vә özü dә uzun illәr
           orada müәllimlik etmişdi.
           67  Kutluyarova-Süleymanova Bibi Raziyә (?–1923) – Kazan tatarı,
           ali tibb tәhsili almış ilk müsәlman qadın hәkimlәrindәn biri. Qadın
           gimnaziyasını әla qiymәtlәrlә başa vurduqdan sonra 1886–1891-ci
           illәrdә Peterburqda hәkim kömәkçisi vә feldşer hazırlayan Rojdestvenski
           kurslarını bitirmişdi. 1892-ci ildә imperatriçәnin binagüzarlığı ilә
           hәkim kimi fәaliyyәtә başlamışdı. Rusiyada qadın hәrәkatının fәal
           iştirakçısı olmuşdu.
           68  Nakaşidze Mixail Aleksandroviç (1844–1905) – knyaz, Rusiya
           dövlәt xadimi, 1904–1906-cı illәrdә Bakı qubernatoru. 1905-ci ilin
           fevralında Bakıda başlanan ermәni-müsәlman qarşıdurmasında guya
           azәrbaycanlıların tәrәfindә dayanması iddiası әsasında daşnak terrorçusu
           Dro tәrәfindәn öldürülmüşdü.                                621
           69  Axund Mir Mәhәmmәd Kәrim Mir Cәfәrzadә (1855–1938) –
           azәrbaycanlı din xadimi, ilahiyyatçı, Qurani-Kәrimi  Azәrbaycan
           türkcәsinә çevirәn ilk tәrcümәçi vә tәfsirçi, dini mövzularda tarixi
           romanlar müәllifi. Eyni zamanda әrәb müәlliflәrin islam dininin
           tarixindәn bәhs edәn romanlarını Azәrbaycan türkcәsinә çevirmişdir.
           1904–1920-ci illәrdә Bakı qazisi kimi fәaliyyәt göstәrmişdir.
           70  Qasım bәy mәscidi – azәrbaycanlı memar Qasım bәy
           Hacıbababәyovun layihәsi ilә 1892–1896-cı illәrdә Bakının tarixi
           mәrkәzindә (indiki ünvanı: Hәzi  Aslanov küç., 23) inşa edilmiş
           mәscid binası.
           71  Әlahәzrәt İran şahı – 1903-cü ildә Bakıdan keçib Avropa sәyahәtinә
           yollanan vә şәhәrdә böyük tәntәnә ilә qarşılanan Müzәffәrәddin şah
           Qacar (1853–1907) nәzәrdә tutulur.
             I Aleksandr (Aleksandr Pavloviç, 1777–1825) – Rusiya imperatoru,
           72
           1801–1825-ci illәrdә hakimiyyәtdә olmuşdur. Hakimiyyәti dövründә
           Şimali Azәrbaycan Rusiyaya birlәşdirilmişdi.
           73  Lutsau Nikolay Aleksandroviç (1853–?) – rus hәrbçisi, general-
           mayor, 1900–1903-cü illәrdә  Yelizavetpol (Gәncә) qubernatoru
           vәzifәsini icra etmiş, 1903-cü ildәn isә qubernator olmuşdu.
   616   617   618   619   620   621   622   623   624   625   626