Page 622 - design_Topcubashov_Full_Layout 1
P. 622
İzahlar və şərhlər
74 Ezop – әfsanәvi qәdim yunan şair-tәmsilçisi. Tәxminәn e.ә. 600-cü
illәrdә yaşadığı ehtimal edilir. Dünya әdәbiyyatında tәmsil janrının
banisi sayılır.
75 Stsilla vә Xaribda – qәdim yunan mifologiyasına görә, Messina
körfәzindә baş-başa gәlәn iki qaya. Elmi-bәdii tәfәkkürdә “tәhlükәli
keçid”, “keçilmәz yer” anlamında işlәdilir.
76 Şeyxülislam Axund Әbdüssәlam Axundzadә (1843–1907) –
azәrbaycanlı din xadimi, ilahiyyatşünas alim. İslama dair çoxsaylı
әsәrlәrin müәllifidir. 1894–1907-ci illәrdә Zaqafqaziya şeyxülislamı
olmuşdu.
77 Müfti Hüseyn Әfәndi Qayıbov (1830–1917) – maarifpәrvәr din
xadimi, әdәbiyyatşünas vә publisist. “Azәrbaycanda mәşhur olan
şüәranın әşarına mәcmuәdir” dörcildlik müntәxәbatının müәllifidir.
1881–1917-ci illәrdә Zaqafqaziya müftisi vәzifәsini daşımışdı.
78 Freze Aleksandr Aleksandroviç (1840–1918-ci ilin martından
әvvәl) – rus hәrbçisi vә dövlәt xadimi, 1897–1903-cü illәrdә Qafqaz
hәrbi dairәsi qoşunlarının komandanı vә Qafqaz canişininin hәrbi
mәsәlәlәr üzrә kömәkçisi. Rusiya daxili işlәr nazirinin müavini vә
Dövlәt Şurasının üzvü kimi mühüm vәzifәlәr tutmuşdu.
622 79 Vәliәhd – sonuncu Rusiya çarı II Nikolayın oğlu, taxt-tacın varisi
Aleksey Romanov (1904–1918) nәzәrdә tutulur. 1918-ci ildә ailәsi
ilә birlikdә bolşeviklәr tәrәfindәn öldürülmüşdü.
80
Malama Yakov Dmitriyeviç (1841–1912) – rus hәrbçisi, süvari
generalı, 1904–1905-ci illәrdә Qafqaz hәrbi dairәsi qoşunlarının
komandanı, 1905–1906-cı illәrdә Qafqaz canişininin hәrbi işlәr üzrә
kömәkçisi olmuşdu.
81 “Şәrqi-rus” – 1903-cü ilin martından 1905-ci ilin yanvarına qәdәr
Tiflisdә tanınmış publisist Mәhәmmәd ağa Şahtaxtinskinin redaktorluğu
ilә çıxan ictimai-siyasi qәzet. XX әsrin ilk anadilli mәtbu orqanıdır.
82 Mәhәmmәd ağa Şahtaxtinski (1846–1931) – publisist, jurnalist,
şәrqşünas, pedaqoq. “Şәrqi-rus” qәzetinin naşiri vә redaktoru idi. Bir
sıra rus qәzetlәrinin Yaxın Şәrq üzrә müxbiri olmuşdur. Öz әlifba
layihәsini hazırlamışdı. Mәtbuatın mәnәvi-ictimai mövqeyinә münasibәt
mәsәlәsindә “Kaspi” qәzetinin redaksiyası, elәcә dә Ә.Topçubaşov
vә Ә.Ağayevlә kәskin polemika aparmışdı.
83 “Әkinçi” – 1875-ci ilin iyulundan 1877-ci ilin sentyabrına qәdәr
Bakıda Hәsәn bәy Zәrdabinin naşirliyi vә redaktorluğu ilә iki hәftәdә
bir dәfә nәşr olunan qәzet. Azәrbaycanın vә ümumәn Rusiya türklәrinin