Page 627 - design_Topcubashov_Full_Layout 1
P. 627
İzahlar və şərhlər
mәdrәsәsindә pedaqoji fәaliyyәtlә mәşğul olmuş, 1905–1915-ci illәrdә
müxtәlif tatar qәzet vә jurnallarında çalışmışdı. “İran mәktubları”
әsәrinin müәllifidir.
123 Useyn Donski (Xusain Donskov) – Kazan tatarı, iş adamı vә
ictimai xadim. 1906–1911-ci illәrdә Orenburq xeyriyyә cәmiyyәtinin
xәzinәdarı, Orenburq Şәhәr Dumasının üzvü olmuşdu.
124
Rza qazı (Rızaetdin Fәxretdin, 1859–1936) – tatar maarifçisi,
yazıçı, şәrqşünas alim, 1891–1906-cı illәrdә Orenburq müsәlman
cәmiyyәtinin qazısı. 1906-cı ildә Orenburqa köçmüş, burada “Vakıt”
adlı tatar qәzetinin redaktor müavini olmuşdu. 1908–1918-ci illәrdә
türk-islam mәdәniyyәtini populyarlaşdıran “Şura” jurnalını nәşr
etmişdi. Eyni zamanda Xusainiyyә mәdrәsәsindә müәllimlik etmiş,
1921-ci ildә Orenburq müftisi seçilmişdi.
125 Nemәtulla molla (Niqmatulla Timoşev, 1872–1920-ci ildәn
sonra) – tatar din xadimi, imam-xәtib vә müdәrris, Orenburq müsәlman
cәmiyyәtinin fәal üzvlәrindәn biri kimi tanınırdı. Ümumrusiya
müsәlmanlarının I qurultayının (Moskva, may, 1917) işindә iştirak
etmişdi.
126 Xeyrulla molla Usmanov (Xayrulla Qusmanov, 1866–1915) –
Kazan tatarı, dini vә ictimai xadim, II Dövlәt Dumasının üzvü,
“İttifaqi-müslimin” partiyasının MK üzvü, dumanın müsәlman
fraksiyasının katibi. 627
127 Xusainiyyә mәdrәsәsi – Orenburqda Xusainiyyә mәscidi yanında
mәdrәsә. 1891-ci ildә tatar milyonçusu vә xeyriyyәçi Әhmәd Xusainovla
qardaşı Mahmud Xusainovun vәsaiti hesabına tikilmişdi. Dördsinifli
tәhsil sisteminә malik idi. Mәzunlar tatar mәktәblәrindә müәllimlik
hüququ әldә edirdilәr. Tatarıstanın sovetlәşmәsindәn sonra, 1920-ci
ildә Tatar Xalq Maarifi İnstitutuna çevrilmişdi.
128 Әhmәd bәy Xusainov (Axmad bay Xusainov, 1837–1906) –
tatar milyonçusu, xeyriyyәçi. Qardaşı Mahmud Xusainovla birlikdә
Orenburqda mәşhur Xusainiyyә mәdrәsәsini tәsis etmişdi.
129 Abızgildin Cahangir (Abızgildin Ziqanqir, 1873–1937) – tatar
din adamı, ictimai xadim, pedaqoq. 1912-ci ildәn Orenburqun
Osmaniyyә mәdrәsәsindә müdir vә müdәrris, beş il sonra isә Orenburq
şәhәrinin qazısı olmuşdu. 1917-ci ildә namizәdliyi Rusiya Müәssislәr
Mәclisi üzvlüyünә verilmişdi.
130 Mәrkәzi Komitә – Rusiya müsәlmanlarının III qurultayında tәsis
olunan vә Ә.Topçubaşovun rәhbәrlik etdiyi müsәlman siyasi tәşkilatının
– “İttifaqi-müslimin” partiyasının mәrkәzi orqanı nәzәrdә tutulur.
131
Zeydulla molla Kaşayev (Zaqidulla Kaşaev, 1852–1923) – tatar
әsilzadәsi vә din xadimi, Orenburq cümә mәscidinin imamı, imam-
xәtib vә müdәrris. Rusiya müsәlmanlarının II qurultayının iştirakçısı.