Page 629 - design_Topcubashov_Full_Layout 1
P. 629
İzahlar və şərhlər
145 German – söhbәt mәşhur fotoqraf M.Y.Qermanın XX әsrin
әvvәllәrindә Orenburqda fәaliyyәt göstәrәn bәdii fotostudiyasından
gedir.
146 Xusain Hacı Xusainov (Xusain Xusainov, 1883–1918-ci ildәn
sonra) – birinci gildiya Orenburq taciri, ictimai xadim, hacı, “Kәrimov,
Xusainov vә K” nәşriyyat cәmiyyәtinin qurucularından biri.
147 Qәrar – söhbәt Orenburq müsәlmanlarının Rusiya Dövlәt Dumasının
müsәlman fraksiyasının fәaliyyәtinә maliyyә yardımı göstәrmәk
haqda çıxardıqları qәrardan gedir. Yardımın tәşkili üçün xüsusi
komissiya tәsis edilmişdi. Komissiyanın tәrkibinә iri tacirlәr, zәngin
kommersantlar, naşirlәr, jurnalistlәr vә s. daxil idilәr.
148 Bikkazakov (Bikkazakov İxsan) – tatar iş adamı, ictimai fәal,
1913–1917-ci illәrdә Orenburq Şәhәr Dumasının qlasnısı.
149 “750” – mәtndә әrәb rәqәmlәri ilә göstәrilmişdir. Çox güman ki,
ianә kimi verilәn mәblәği ifadә edir.
150
Әmin bәy Әzimov (Azimbay Aminov) – Kazan tatarı, tacir,
müsәlman hәrәkatının iştirakçısı.
151 Kamalov Qubaydulla (1848–1912-ci ildәn sonra) – ikinci gildiya
Orenburq taciri, 1905–1913-cü illәrdә Orenburq Şәhәr Dumasının
qlasnısı, Orenburq müsәlman cәmiyyәtinin üzvü.
152
Karvansaray – Orenburqda 1846–1857-ci illәrdә ümumxalq
vәsaiti hesabına başqırdlardan vә Mişer tatarlarından tәşkil olunan 629
milli hәrbi hissәlәrin qәrargahının yerlәşdirilmәsi üçün rus memarı
A.Brüllovun layihәsi әsasında tikilmiş tarixi-memarlıq kompleksi.
Hazırda tarixi abidә kimi mühafizә olunur.
153
Utyamışev Mәhәmmәd Zәrif (Utyamışev Muxamet-Zarif) –
ikinci gildiya Sterlitamak taciri, Sterlitamak cümә mәscidi vә
mәdrәsәsinin himayәçisi, xeyriyyәçi vә naşir.
154 Şamqulov Sabircan (Şamqulov Sabirzyan) – Ufa taciri, yoxsullara
yardım göstәrmәk mәqsәdilә yaradılmış xeyriyyә tәşkilatının – Ufa
Himayәdarlıq Şurası idarә heyәtinin üzvü.
155 Hakimov Әbdül Lәtif (Xakimov Qabdullatif) – tacir, müsәlman
hәrәkatının fәallarından biri, yoxsullara yardım üzrә Ufa Himayәdarlıq
Şurası idarә heyәtinin üzvü.
156
Nәzirov – çox güman ki, bәhs olunan dövrün tanınmış Ufa
tacirlәrindәn Badretdin Nazirov, yaxud da Sadretdin Nazirov nәzәrdә
tutulur.
157 Müfti – 1886–1915-ci illәrdә Orenburq Müsәlman Ruhani İdarәsinin
sәdri, başqırd din xadimi, müfti Hacı Muxammetyar Muxammetşarif
oğlu Sultanov (1837–1915) nәzәrdә tutulur.
158
Sәlimin atası, Canturin-ata – söhbәt I Dövlәt Dumasının deputatı,
“İttifaqi-müslimin” partiyasının fәal xadimlәrindәn biri Sәlim Girey