Page 634 - design_Topcubashov_Full_Layout 1
P. 634

İzahlar və şərhlər


                  birlәşdirilmәsi vә maariflәndirilmәsi işindә mühüm rol oynamışdı.
                  RMİ-nın siyasi partiyaya çevrilmәsi müәyyәn vaxt tәlәb etdi. Bu
                  prosesdә Birinci rus inqilabı mühüm rol oynadı. İttifaqın ilk qurultayı
                  1906-cı ildә Nijni-Novqorodda, ikinci qurultayı Peterburqda, üçüncü
                  qurultayı isә 1907-ci ildә yenә Nijni-Novqorodda keçirilmişdi. 1907–
                  1914-cü illәrdә Rusiyanın müsәlmanlar yaşayan müxtәlif yerlәrindә
                  RMİ-nın bir sıra tәdbirlәri baş tutmuşdu. Vaxt keçdikcә RMİ liberal-
                  mühafizәkar siyasi xadimlәrin yaratdığı siyasi qüvvәdәn liberal-
                  demokratik partiyaya çevrilmәyә başlamışdı. 1917-ci il Fevral
                  inqilabından sonra İttifaqın bir sıra xadimlәri ümumrusiya müsәlman
                  hәrәkatında aparıcı rol oynamağa başlamışdılar.
                  199  Qoca Әhmәrov – Troitsk şәhәr müsәlman xeyriyyә cәmiyyәtinin
                  sәdri Ә.Әhmәrovun atası nәzәrdә tutulur.
                  200  Muxtarov (Muxtarov İsxak)  – Tomsk şәhәrindәn olan tatar
                  taciri.
                  201  Timkin Murtuza – Perm tatarı, zәngin tacir, hәmin dövrdә Permin
                  müsәlman xeyriyyә vә maarifçilik cәmiyyәtlәrinin fәal üzvü.
                  202  “Novıy Rus” (Новая Русь) – 1908–1912-ci illәrdә Peterburqda
                  nәşr olunan qәzet.
                  203  III Dövlәt Duması – 1907-ci il noyabrın 1-dәn 1912-ci il iyunun
         634      9-na qәdәr fәaliyyәt göstәrmiş Rusiya imperiyasının nümayәndәli
                  qanunverici orqanı. İki әvvәlki duma ilә müqayisәdә qanunla müәyyәn
                  olunmuş müddәtdә – 5 il fәaliyyәt göstәrmişdi. Әsasәn, “sağçı”
                  qüvvәlәrdәn ibarәt olduğundan daha çox “mülkәdar duması” kimi
                  sәciyyәlәndirilmiş, Pyotr Stolıpinin yürütdüyü siyasәti dәstәklәmişdi.
                  204  Seydalin (Seydalin Djaxanşa, Canşa, Janşa, 1877–1923)  –
                  sultan ailәsindәn olan qazax әsilzadәsi, andlı iclasçı, fәal müsәlman
                  ictimai xadimi vә maarifçi, hәmin vaxtda Troitsk dairә mәhkәmәsinin
                  üzvü.
                  205  Pobedintsev – söhbәtin kimin haqqında getdiyini müәyyәnlәşdirmәk
                  mümkün olmadı.
                  206  Qorbaçevski Nikolay Aleksandroviç (1860–1919) – hәkim, Ural
                  vilayәtinin Temir şәhәrindә fәaliyyәt göstәrәn dairә mәhkәmәsinin
                  üzvü.
                  207  Zakir Bikev (Biqiev, yaxud Biqeev Zakir, Muxammetzakir,
                  1870–1902) – din xadimi ailәsindәn çıxmış tatar yazıçısı, publisist.
                  “Böyük günahlar” (1890) romanında XIX әsrin sonlarındakı tatar
                  hәyatının geniş mәnzәrәsini yarada bilmişdi. Kazanda mәdrәsә tәhsili
                  aldıqdan sonra 1891–1902-ci illәrdә Rostov mәscidinin imamı
   629   630   631   632   633   634   635   636   637   638   639