Page 636 - design_Topcubashov_Full_Layout 1
P. 636
İzahlar və şərhlər
219 Kurbatovun zavodu – rus iş adamı Nikolay Pavloviç Kurbatovun
Tümen yaxınlığındakı ağac emalı zavodu.
220
Yusuf hәzrәt (Saqitov Muxammat-Yusuf) – hәmin dövrdә
Embaevo mәscidinin imamı.
221 Mursalimov Qarif Hacı – buxaralı tatar, tacir.
222 Molla Qabitov –(Qabitov Xabibulla, 1886–1939) – başqırd din
xadimi, maarifçi, 1912-ci ildәn Sibirin müsәlman mәdrәsәlәrindә
müәllim. 1917-ci il Fevral inqilabından sonra başqırd milli hәrәkatının
fәal xadimlәri sırasında yer almış, ilk başqırd hökumәtinin (1917–
1919) tәrkibindә çalışmışdı.
223 Mәnası: “Mәn dә vağzala getmәk istәyirdim, amma tәәssüf ki,
çatdıra bilmәdim”. Әlimәrdan bәy bu konkret nümunә ilә rus dilinin
tәsiri altında tatarların gündәlik danışıq dilinin nә qәdәr ciddi tәhrifә
uğradığını, öz hәqiqi simasını itirәrәk eybәcәr bir şәkil aldığını
göstәrmәk istәmişdi.
224
Motovilixa – keçmiş zavod-qәsәbә, indi Perm şәhәrinin
mikrorayonlarından biri.
225 Cahanşah Qeybatullin (daha dәqiq: Ziqanşa İbadullin) – hәmin
dövrdә Perm müsәlmanlarının xeyriyyә vә maarifçilik cәmiyyәtinin
sәdri.
636
226 Molla Bayçurin (Bayçurin Lutfulla – Ufadakı Qaliyә mәdrәsәsinin
müdәrrisi, Perm müsәlmanları xeyriyyә vә maarifçilik cәmiyyәtinin
üzvü.
227 Qismәtulla Qeynullin (1872–1912-ci ildәn sonra) – ictimai
xadim, xeyriyyәçi, hәmin dövrdә Perm müsәlmanları mәdәni-iqtisadi
cәmiyyәtinin sәdri.
228 İbrahim Timkin – Perm tatarı, tacir, Perm müsәlmanlarının
xeyriyyә vә maarif cәmiyyәtinin üzvü.
229
Mәblәğ mәsәlәsi – Perm tatarlarının Dövlәt Dumasındakı müsәlman
fraksiyası bürosunun fәaliyyәtini tәmin etmәk üçün yardım mәqsәdilә
verәcәklәri ianә nәzәrdә tutulur.
230
Menzelinsk – Tatarıstanda şәhәr (1781-ci ildәn). Menzeli çayının
sağ sahilindә yerlәşir.
231
Hәmzә Abdulloviç Tümenev – tacir, müsәlman hәrәkatı fәalı,
xeyriyyәçi.
232
Mәmmәdcan Hacı Devlet-Qildeev (Muxammet Mustafa Xadji
Devlet-Qildeev) – “Devletkildeev” şәklindә dә yazılır. (Tәrc.) Tatar
zadәganı, Petropavlovsk sakini, müsәlman ictimai hәyatının fәal
iştirakçısı.