Page 640 - design_Topcubashov_Full_Layout 1
P. 640
İzahlar və şərhlər
әyalәtlәrindәn gәlmiş 830 nümayәndә iştirak edirdi. Qurultayda әsas
müzakirә mövzusu yeni Rusiya düzәnindә müsәlman әhalinin yeri vә
rolu mәsәlәsi idi.
263
Әli Әsәdullayev – neft milyonçusu Şәmsi Әsәdullayevin oğlu,
H.Z.Tağıyevin kürәkәni, “Dikaya diviziya”nın zabiti, poruçik. Rusiya
müsәlmanlarının 1917-ci il Moskva, 1918-ci il Kazan qurultaylarının,
habelә Müsәlman Әsgәri Şurasının işindә iştirak etmişdi. Kazan
qurultayında Müsәlman Әsgәri Şurasının üzvü seçilmişdi. 1920-ci
illәrin ortalarında ailәsi ilә birlikdә İrana mühacirәt etmişdi.
264 Dövlәt müşavirәsi – Müvәqqәti hökumәtin 1917-ci il 12–15
avqust (köhnә üsulla) tarixlәrindә Moskvada keçirdiyi ümumrusiya
miqyaslı siyasi mәşvәrәt mәclisi. Müşavirәnin keçirilmәsindә mәqsәd
mövcud siyasi vәziyyәt haqqında vәtәndaşları mәlumatlandırmaq vә
Müvәqqәti hökumәt tәrәfdarlarının birliyinә nail olmaq idi.
Fәtәli xan Xoyski (1875–1920) – azәrbaycanlı siyasәtçi, hüquqşünas,
265
dövlәt xadimi, II Dövlәt Dumasının vә Transqafqaz Seyminin üzvü.
Azәrbaycan Cümhuriyyәtinin ilk baş naziri (28.05.1918–14.04.1919).
Müxtәlif hökumәt kabinetlәrindә daxili işlәr, hәrbi işlәr vә xarici
işlәr naziri vәzifәlәrini tutmuşdu. Azәrbaycanın dövlәt müstәqilliyinin
dönmәz müdafiәçisi kimi tanınmışdı. Daşnak terrorçuları tәrәfindәn
640
Tiflisdә öldürülüb.
266 Әsas mәsәlә – Azәrbaycan Respublikasının dövlәt müstәqilliyinin
Osmanlı imperiyası tәrәfindәn tanınması vә Bakıya diplomatik
nümayәndәnin göndәrilmәsi nәzәrdә tutulur.
267
Sәfәrimizin әsas mәqsәdi – Azәrbaycan Cümhuriyyәti Nazirlәr
Şurasının 20 avqust 1918-ci il tarixli sәrәncamı ilә Әlimәrdan bәy
Topçubaşov Cümhuriyyәtin maraqlarından irәli gәlәn bütün mәsәlәlәr
üzrә Osmanlı vә Avstriya-Macarıstan imperiyalarında danışıqlar
aparmaq mәqsәdilә fövqәladә vә sәlahiyyәtli nazir statusu ilә İstanbula
(vә lazım gәldiyi tәqdirdә Berlinә) göndәrilmişdi. Birinci Dünya
müharibәsinin nәticәlәri ilә bağlı sülh konqresi başlananda isә
tamhüquqlu nümayәndә kimi onun işindә iştirak edә bilәrdi.
268 Tevton – alman qәbilәsi. Bәzәn ümumilәşdirilmiş şәkildә bütün
almanlara da şamil edilir. Burada isә daha çox tәhlükә ilә üzbәüz
qoymaq mәnasında işlәnmişdir.
269
Dağlı Xalqları İttifaqı – tam rәsmi adı “Birlәşmiş Şimali Qafqaz
Dağlıları, Dağıstan vә Abxaziya İttifaqı”dır. Müvәqqәti hökumәtin
tәrkibindә (may-noyabr, 1917) Şimali Qafqaz xalqlarının milli-әrazi
birliyi kimi mövcud olmuşdu. İttifaqın Mәrkәzi Komitәsi 1917-ci