Page 641 - design_Topcubashov_Full_Layout 1
P. 641

İzahlar və şərhlər


           ilin noyabrında Dağlı Respublikasını elan etmiş, 1918-ci il mayın 11-dә
           Dağlı Respublikasının müstәqillik aktı qәbul olunmuşdu.
           270  Krım hökumәti –  Vәtәndaş müharibәsi dövründә yarımadada
           mövcud olan vә iki fәrqli tәrkibә malik hökumәt haqqında danışmaq
           mümkündür. Bunlardan birincisi general M.A.Sulkeviçin Almaniyaya
           meyilli hökumәti (25 iyun 1918-ci il – 15 noyabr 1918-ci il), ikincisi
           isә S.S.Krımın aqrar hökumәti (15 noyabr 1918-ci il – aprel 1919-cu
           il) idi. Hәr iki hökumәt Krım yarımadasında Rusiya vә Ukraynadan
           asılı olmayan müstәqil dövlәt qurmaq uğrunda mübarizә aparırdı.
           271  Ukrayna Xalq Respublikası – Fevral inqilabından sonra, 1917-ci
           ilin martında elan olunmuşdu. Bir sıra dövlәtlәr, o cümlәdәn Sovet
           Rusiyası tәrәfindәn de-yure tanınmışdı. 1917–1920-ci illәrdә Ukraynada
           Mәrkәzi Rada, Getmanlıq, Direktoriya kimi müxtәlif dövlәt tiplәri
           mövcud olmuşdu.
           272  Çermoyev Tapa (Әbdül-Mәcid) Artsueviç (1882–1936) – çeçen
           әsilli neft milyonçusu vә torpaq sahibi, mason. Şimali Qafqazın
           siyasi xadimlәrindәn biri. Dağlılar Respublikasının baş naziri. 1919-cu
           ildә Sülh konfransında iştirak etmәk üçün Parisә getmiş vә bolşevik
           çevrilişindәn sonra vәtәnә qayıda bilmәmişdi. Arvadı Xavәr xanım
           Sultanova Qarabağ xanlarının nәslindәn olan Әbülfәt xan  Tutinin  641
           (Cavanşir) nәticәsi idi.
           273
             Kotsev Pşemaxo Tamaşeviç (1882–1964) – kabardin әsilli Şimali
           Qafqaz siyasәtçisi. 1918-ci ildә Dağlı qurultayının qәrarı ilә ikinci
           koalision Dağlı hökumәtinin baş naziri tәyin olunmuşdu. Versal sülh
           konfransında Dağlı nümayәndә heyәtinin üzvü idi. 1920-ci ildәn
           sonra siyasi mühacir kimi Türkiyәdә yaşamışdı.
           274  Bon – әvvәlcәdәn razılaşdırılmış müddәt әrzindә ayrı-ayrı şәxslәrә
           vә şirkәtlәrә müәyyәn malları almağa imkan verәn kredit sәnәdi.
           1918–1920-ci illәrdә Zaqafqaziya Federativ Respublikasında vә
           Cәnubi Qafqaz dövlәtlәrindә müvәqqәti pul vahidi funksiyası daşıyırdı.
           275  Abxaziya mәsәlәsi – söhbәt Abxaziyanın müsәlman әhalisinin
           Azәrbaycan Cümhuriyyәtinә rәğbәtindәn vә gәlәcәkdә onun tәrkibinә
           daxil olmaq niyyәtindәn gedir.
           276
              Cәnub-Şәrq İttifaqı – Kazak qoşunlarının, tanınmamış Kuban
           Respublikasının, Qafqaz dağlılarının vә  Azad Çöl xalqlarının bir
           araya gәlәrәk yaratdıqları hәrbi-siyasi blok.
           277  Jordaniya Noy Nikolayeviç (1869–1953) – rus vә gürcü siyasi
           xadimi, Gürcü Milli Şurasının sәdri, 1918–1921-ci illәrdә Gürcüstan
           hökumәtinә rәhbәrlik etmişdi. Siyasi mühacir.
   636   637   638   639   640   641   642   643   644   645   646