Page 638 - design_Topcubashov_Full_Layout 1
P. 638
İzahlar və şərhlər
243 Kitab – tatar jurnalisti Fuad Tuktarovun 1909-cu ildә Kazanda
tatar dilindә nәşr olunan “Müsәlman deputatları vә onların I, II, III
Dövlәt Dumalarındakı fәaliyyәti” kitabı nәzәrdә tutulur.
244
Morfey – qәdim yunan mifologiyasında yuxu allahı.
245 İskәndәrova Mәryәm Banu – Qasımov tatarı, Peterburq
konservatoriyasının mәzunu. Hәmin dövrdә Rusiyada populyar
müğәnni kimi tanınırdı, müxtәlif şәhәrlәrdә, o cümlәdәn dә yarmarka
keçirilәn günlәrdә Nijni-Novqorodda konsert proqramları ilә çıxış
etmişdi.
246 Bubi (Niqmatullin) Abdulla (1871–1922) – tatar ilahiyyatçısı,
pedaqoq, publisist, Rusiya müsәlmanları III qurultayının iştirakçısı
(avqust, 1906, Nijni-Novqorod), “İttifaqi-müslimin” partiyası Mәrkәzi
Komitәsinin üzvü.
247 İsmayılov-Şirvanski Mustafa Lütfi (1876–?) – azәrbaycanlı
maarifçi, jurnalist, naşir. Fәaliyyәti daha çox Hәştәrxanla bağlı
olmuşdu. 1906–1911-ci illәrdә burada “Bürhani-tәrәqqi”, 1914-cü
ildә isә “Haqq” qәzetini çıxarmışdı. Rusiya müsәlmanlarının II vә III
qurultaylarının işindә iştirak etmişdi. Eyni zamanda pedaqoji fәaliyyәtlә
dә sıx mәşğul olmuş, Hәştәrxanda oğlanlar üçün “Darül-әdәb”, qızlar
üçün “Nümuneyi-tәrәqqi” adlı mәktәblәr açmışdı. “Şurayi-islam”
adlı ictimai-siyasi cәmiyyәt dә onun adı ilә bağlı idi.
638 248 Mametov (Mehmetoğlu) Әbdürrәhman – Krım tatarı, “Tәrcüman”
redaksiyasının әmәkdaşı.
249 Lәtifov (Lәtifzadә) Abdulla (1890–1938) – Krım tatarı, şair,
publisist. Ufadakı Qaliyә mәdrәsәsindә vә İstanbulda tәhsil almışdı.
1917–1920-ci illәrdә Krım milli hәrәkatında fәal iştirak etmişdi.
250 Aqiev (Aqeev) Fәxrülislam (1897–1938) – tatar jurnalisti, yazıçı,
publisist, pedaqoq. 1907-ci ildәn etibarәn bir çox tatar qәzet vә
jurnallarında aktual mövzulu publisist yazılarla çıxış edirdi. Ümumrusiya
müsәlmanları I qurultayının (Moskva) iştirakçısı. Rusiya Müәssislәr
Mәclisi üzvlüyünә namizәd göstәrilmişdi.
251
Mәclis – Rusiya Müsәlmanları İttifaqının növbәti iclası nәzәrdә
tutulur.
252 Rusiya müsәlmanlarının IV qurultayı – 1914-cü il 15–25 iyun
tarixlәrindә Peterburqda keçirilmişdi. Qurultayın işindә cәmisi 29
nümayәndә iştirak edirdi. Mühüm siyasi mәsәlәlәrin gündәliyә
çıxarılmaması sәbәbindәn onu bәzәn “ictimai xadimlәr qurultayı” da
adlandırırlar.
253 18 fevral 1905-ci il fәrmanı – hakimiyyәtin vә xalqın xarici
düşmәninin dәf olunması, daxildәki hәrc-mәrclik vә cinayәtkarlığa
qarşı mübarizәdә mütlәqiyyәtә yardım göstәrmәsi ilә bağlı zәruri