Page 643 - design_Topcubashov_Full_Layout 1
P. 643
İzahlar və şərhlər
288 Kresse fon Kressenşteyn (1870–1946) – alman generalı, Birinci
Dünya müharibәsi illәrindә Osmanlı ordusunda xidmәt edәn alman
zabitlәri qrupuna daxil idi. 1918-ci ildәn Almaniyanın Qafqazdakı
nümayәndәsi.
289 Mәhәmmәd Әmin Rәsulzadә (1884–1955) – azәrbaycanlı ictimai-
siyasi xadim, publisist. Milli müstәqillik vә milli dövlәtçilik hәrәkatının
ideoloqu. Milli Şuranın sәdri (1918). Müsavat partiyasının qurucusu
(1911). Azәrbaycan Parlamentindә Müsavat fraksiyasının rәhbәri.
Hәyatının sonuna qәdәr Türkiyәdә vә müxtәlif Avropa ölkәlәrindә
Azәrbaycan siyasi mühacirәtinin fәaliyyәtinә rәhbәrlik etmişdi.
290
Mustafa bәy Vәkilov (1896–1965) – azәrbaycanlı siyasәtçi vә
dövlәt xadimi, hüquqşünas. Әlimәrdan bәy Topçubaşovun ana tәrәfdәn
qohumu idi. İstanbulda onun şәxsi katibi vәzifәsini yerinә yetirmişdi.
Bolşevik işğalı әrәfәsindә isә (fevral-aprel, 1920) sonuncu hökumәt
kabinetindә daxili işlәr naziri vәzifәsini tutmuşdu.
291
Yelenendorf – Qafqaza köçürülәn almanların Gәncә yaxınlığında
saldıqları qәsәbә. İndiki Göygöl şәhәri.
292
23 avqust sәrәncamı – mәtni әldә olmasa da, baş nazir F.Xoyskinin
imzaladığı bu sәnәddә fövqәladә vә sәlahiyyәtli nazir kimi İstanbula
göndәrilәn Әlimәrdan bәyin vә ailәsinin tәminatı ilә bağlı hökumәtin 643
üzәrinә götürdüyü öhdәliklәrin öz әksini tapdığını düşünmәk
mümkündür.
293
İbrahim ağa Vәkilov (1853–1934) – tanınmış hәrbi topoqraf,
Rusiya vә Azәrbaycan Cümhuriyyәti ordularının zabiti. General-
mayor. 1918–1920-ci illәrdә Gәncәnin general-qubernatoru.
294 Bakının alınması – Nuru paşanın komandanlığı ilә Qafqaz İslam
Ordusu vә Azәrbaycan hәrbi hissәlәrinin 1918-ci il sentyabrın 15-dә
Bakını ermәni-daşnak işğalından azad etmәsinә işarә olunur.
295 Mәmmәdhәsәn Hacınski (1875–1931) – azәrbaycanlı siyasәtçi
vә dövlәt xadimi. Zaqafqaziya Seyminin vә Azәrbaycan Milli Şurasının
üzvü. Azәrbaycan Cümhuriyyәtinin ilk xarici işlәr naziri (may-iyun,
1918). Sonrakı hökumәt kabinetlәrindә maliyyә naziri vә dövlәt
nәzarәtçisi vәzifәlәrini tutmuşdu. Paris sülh konfransına göndәrilәn
nümayәndә heyәtindә Müsavat partiyasının tәmsilçisi vә
Ә.Topçubaşovun müavini sayılırdı. 1920-ci ilin martında bolşeviklәrin
tәrәfinә keçmiş, bununla da, Cümhuriyyәtin süqutunu sürәtlәndirmişdi.
Sovet rejimi illәrindә bir sıra rәhbәr vәzifәlәrdә çalışmışdı. İlk
repressiya qurbanlarındandır.