Page 642 - design_Topcubashov_Full_Layout 1
P. 642

İzahlar və şərhlər

                  278  Әbdül Kәrim paşa (?–1923) – Osmanlı imperiyasının hәrbi
                  xadimi, müşir (marşal). Birinci Dünya müharibәsi zamanı Qafqaz
                  cәbhәsindә türk qoşunlarının komandanı. Gürcüstanda diplomatik
                  nümayәndә.
                  279  Mehmet Ali paşa – Osmanlı imperiyasının hәrbi xadimi, müşir
                  (marşal). 1918-ci ilin avqustundan 1920-ci ilin noyabrına qәdәr
                  Ermәnistanda öz dövlәtinin diplomatik nümayәndәsi olmuşdu.
                  280  Mәmmәd Yusif Cәfәrov (1885–1938) – azәrbaycanlı siyasәtçi,
                  dövlәt xadimi, IV Dövlәt Dumasının üzvü. Müvәqqәti hökumәtin
                  yaratdığı Qafqazın idarә olunması üzrә xüsusi komitәnin dörd
                  üzvündәn biri, Zaqafqaziya komissarlığının sәnaye vә ticarәt naziri,
                  Gürcüstanda diplomatik nümayәndә, Azәrbaycan Cümhuriyyәti xarici
                  işlәr naziri. 1920-ci il aprelin 27-dә hakimiyyәtin bolşeviklәrә verilmәsi
                  haqqındakı protokolu imzalamışdı.
                  281  Mәmmәdrza Vәkilov (1866–1943) – tanınmış hәkim vә ictimai
                  xadim.  Azәrbaycan Milli Şurasının vә  Azәrbaycan Parlamentinin
                  üzvü. Bakıda pulsuz sәhiyyә xidmәtinin ilk tәşkilatçılarından biri.
                  282  Xudadat bәy Mәlik-Aslanov (1879–1935) – azәrbaycanlı dövlәt
                  xadimi, texnika sahәsindә alim. Zaqafqaziya komissarlığında vә
         642      Azәrbaycan Cümhuriyyәtinin bütün hökumәt kabinetlәrindә yol
                  nәqliyyatı naziri. Azәrbaycanda Stalin repressiyasının ilk qurbanlarından
                  biri olmuşdu.
                  283  Әsәd paşa (Esat paşa, 1862–1952) – Osmanlı hәrbi xadimi, ordu
                  generalı. Birinci Dünya müharibәsindә Türkiyәnin Qafqaz cәbhәsindәki
                  III ordusunun komandanı olmuşdu.
                  284  Süleyman Әfәndiyev (1863–1919) – çar ordusunun vә Azәrbaycan
                  Cümhuriyyәti Milli Ordusunun zabiti. General-mayor. Milli ordu
                  hissәlәrinin tәşkilindә böyük rolu olmuşdu.
                  285  Mahmud bәy Әfәndiyev – hәkim, ictimai xadim, 1918–1920-ci
                  illәrdә Batumda Azәrbaycan konsulu.
                  286  Almanların yeni müqavilәsi – Sovet Rusiyası ilә  Almaniya
                  arasında 1918-ci il avqustun 17-dә imzalanmış әlavә müqavilә nәzәrdә
                  tutulur.
                  287  Tәlәt paşa (Mehmet Talat, 1874–1921) – Osmanlı imperiyasının
                  siyasi vә dövlәt xadimi, Gәnc türklәr hәrәkatının, habelә İttihad vә
                  Tәrәqqi partiyasının liderlәrindәn biri. II Sultan Әbdülhәmidin
                  devrilmәsindәn sonra 1909–1913-cü illәrdә ittihadçılar hökumәtindә
                  daxili işlәr naziri, 1917–1918-ci illәrdә isә sәdrәzәm olmuşdu. Berlindә
                  ermәni terrorçusu tәrәfindәn qәtlә yetirilmişdi.
   637   638   639   640   641   642   643   644   645   646   647