Page 645 - design_Topcubashov_Full_Layout 1
P. 645
İzahlar və şərhlər
qismindә Paris sülh konfransına yollanan nümayәndә heyәtinin
tәrkibinә daxil edilmişdi. Lakin Antanta güclәri onun Fransa paytaxtına
getmәsinә icazә vermәmişdilәr. Osmanlı imperiyasının vә Türkiyә
Cümhuriyyәtinin әdәbi-ictimai vә elmi-mәdәni hәyatında mühüm rol
oynamışdı.
305 Sәlim bәy Behbudov (1881–1942) – pedaqoq, tәrcümәçi, fransız
dili mütәxәssisi. 1918–1920-ci illәrdә Azәrbaycan Cümhuriyyәti
Xarici İşlәr Nazirliyinin әmәkdaşı olmuşdu. Sovet hakimiyyәti
dövründә pedaqoji sahәdә çalışmış, 1935-ci ildә İsmayıl bәy
Qutqaşınlının fransızca qәlәmә aldığı “Rәşid bәy vә Sәadәt xanım”
povestini Azәrbaycan dilinә tәrcümә etmişdir. Repressiyaya uğramışdır.
306
Zeyti bәy – 1918-ci ildә Әnvәr paşanın tәşәbbüsü ilә Osmanlı
imperatorluğu vә Azәrbaycanı Avropa ölkәlәrindә tanıtmaq mәqsәdilә
göndәrilmәsi planlaşdırılan tәbliğat missiyasının üzvü, türk alimi,
iqtisadçı.
307 Ermәni nümayәndә heyәtinin sәdri – Ermәnistan hökumәti
tәrәfindәn Paris sülh konfransına göndәrilәn vә yolüstü İstanbulda
dayanan A.Xatisyan (1874–1945) nәzәrdә tutulur.
308
Camalyan (Eqiazaryan) Arşak Camaloviç (1882–1940) – ermәni
siyasәtçisi, daşnaksutyun partiyasının vә ermәni milli şurasının üzvü.
Ermәnistanın Tiflisdә diplomatik nümayәndәsi. Siyasi mühacir. 645
309 Bammatov Heydәr Nәcmәddinoviç (1889–1965) – kumık әsilli
siyasi xadim. Dağlılar Respublikasının xarici işlәr naziri, Versal sülh
konfransının iştirakçısı. 1934–1939-cu illәrdә Parisdә vә Berlindә
yapon hökumәtinin maliyyә dәstәyi ilә “Qafqaz” jurnalını nәşr
etdirmişdi. Çoxsaylı mәqalә vә kitabların müәllifidir.
310 Konfrans – Azәrbaycan Cümhuriyyәti ilә Dağlılar Respublikası
arasında ittifaq (konfederasiya) yaradılması ilә bağlı prinsiplәri işlәyib-
hazırlayacaq birgә toplantı nәzәrdә tutulur.
311
Әsәd bәy Rüstәmbәyov (1878–1961) – azәrbaycanlı mühәndis,
ictimai vә dövlәt xadimi. 1918-ci ildә ZDFR hökumәtindә sәnaye vә
ticarәt nazirinin müavini. M.Ә.Rәsulzadәnin başçılığı altında İstanbula
göndәrilәn “Heyәti-mürәxxәsә”nin tәrkibindә, әsasәn, maliyyә vә
milli pul vahidinin hazırlanması mәsәlәlәri ilә mәşğul olmuşdu.
Azәrbaycan Cümhuriyyәti hökumәtindә, daha sonra isә Sovet
Azәrbaycanında ixtisasına uyğun olaraq bir sıra sahәlәrdә çalışmış,
1930–1950-ci illәrdә Moskva vә Leninqradda xalq tәsәrrüfatının
müxtәlif sahәlәrindә fәaliyyәt göstәrmişdi.
312 İbrahim ağa Usubov (1872–1920) – Rusiya vә Azәrbaycan
ordularının zabiti, general-mayor. 1919-cu ildә milli ordu üçün silah