Page 647 - design_Topcubashov_Full_Layout 1
P. 647

İzahlar və şərhlər


           Sonradan Atatürklә münasibәtlәri pozulduğundan siyasi mühacir kimi
           Avropada yaşamışdı.
           320  Taunsend (Charles  Vere Ferrers  Townshend, 1861–1924) –
           ingilis hәrbçisi, general. 1915-ci ilin sonunda Ktesifonda Nurәddin
           paşaya mәğlub olmuş, 1916-cı ilin yazında komandanlıq etdiyi ordu
           Kut-әl-Amara şәhәrindә mühasirәyә alınmış, özü isә 10 min nәfәrdәn
           çox әsgәr vә zabiti ilә birlikdә әsir düşmüşdü.
           321  Nәbi bәy (Mehmet Nebi bey, 1868–1924) – Osmanlı diplomatı
           vә dövlәt xadimi.  Yunanıstanda vә Bolqarıstanda Osmanlı sәfiri.
           İmperiyanın süqutu dönәmindә Әhmәd İzzәt paşanın rәhbәrlik etdiyi
           hökumәt kabinetindә (1918) qısa müddәt xarici işlәr naziri olmuşdu.
           322
             Avgi tövlәlәri – Avgi qәdim yunan mifologiyasında epey tayfasının
           çarlarından biri olmuşdu. “İliada”nın әfsanәvi qәhrәmanı Heraklın
           igidliklәrindәn biri dә onun qeyri-adi çirkliliyin, hәr şeyin uzun illәr
           başlı-başına buraxılmasının simvoluna çevrilmiş mәşhur tövlәlәrini
           Alfey vә Peney çaylarının mәcrasını dәyişmәklә tәmizlәmәsi olmuşdu.
           Mәcazi mәnada böyük çәtinlik, öhdәsindәn gәlinmәsi zor olan vәzifә
           anlamını verir.
           323  Yeni gәlәnlәr – general V.Tomsonun komandası altında 1918-ci il
           noyabrın 17-dә Bakıya daxil olan vә Müttәfiqlәr adından şәhәr
           üzәrindә nәzarәti öz әlinә alan Britaniya hәrbi qüvvәlәri.  647
           324  “Tәcәddüd” (Yenilәşmә) – 1918-ci il oktyabrın 19-da keçirilәn
           qurultayda hakim İttihad vә Tәrәqqi partiyasının özünü buraxmasından
           sonra onun bünövrәsindә meydana çıxan yeni partiya. Osmanlı
           imperiyasının siyasi hәyatında diqqәtәlayiq rol oynaya bilmәmiş vә
           1920-ci ildә fәaliyyәtini dayandırmışdı.
           325  Aqaronyan Avetis Arakeloviç  (1866–1948) – ermәni yazıçısı,
           siyasәtçi vә dövlәt xadimi. Daşnak partiyasının üzvü. Ermәnistanın
           müstәqilliyini elan edәn ermәni Milli Şurasının sәdri. 1919-cu ilin
           avqustundan 1920-ci ilin dekabrına qәdәr Ermәnistan Parlamentinin
           sәdri. Paris sülh konfransındakı ermәni nümayәndә heyәtinә rәhbәrlik
           etmiş, Ermәnistan adından Sevr müqavilәsini imzalamışdı (1921).
           326
             Papacanyan (Babacanov) Mixail İvanoviç (1869–1929) – ermәni
           ictimai-siyasi xadimi, daşnak vә kadet partiyalarının üzvü, IV Dövlәt
           Dumasının deputatı. Zaqafqaziya xüsusi komitәsinin dörd üzvündәn
           biri idi. Ermәni nümayәndә heyәtinin tәrkibindә Paris sülh konfransının
           işindә iştirak etmişdi.
           327
              Xatisyan (Xatisov) Aleksandr İvanoviç (1874–1945) – ermәni
           siyasәtçisi vә dövlәt xadimi. 1910–1917-ci illәrdә  Tiflisin şәhәr
   642   643   644   645   646   647   648   649   650   651   652