Page 637 - design_Topcubashov_Full_Layout 1
P. 637

İzahlar və şərhlər

           233  Mәhәmmәdcan Beqişev (Muxammetzyan Beqişev, 1867–1937)
           – Petropavlovsk şәhәrindәki üçüncü mәscidin imam-xәtibi, maarifçi,
           müdәrris.
           234  Hafiz Әbdürrәşidov (Xafiz  Abdraşitov) – tatar din xadimi,
           Ümumrusiya müsәlmanlarının I qurultayının (may, 1917, Moskva)
           nümayәndәsi.
           235  Lәtif Bayazidov (Latıp Bayazitov) – tatar xeyriyyәçisi, birinci
           gildiya Petropavlovsk taciri.
              Pyanıy Bor  – Tatarıstanda Kama çayının sahilindә son dәrәcә
           236
           mәnzәrәli yerdә salınmış tatar kәndi. İndi adı dәyişdirilәrәk Krasnıy
           Bor şәklinә salınmışdır.
           237  Kamenski qardaşları – Permdә gәmiçilik şirkәti işlәdәn, eyni
           zamanda xeyriyyәçilik fәaliyyәti ilә dә ad çıxarmış Fyodor Kuzmiç
           (1809–1883) vә Qriqori Kuzmiç Kamenski (1814–1893) nәzәrdә
           tutulur.
           238  Şarşad  – hazırda  Tatarıstan Respublikasının  Arqız rayonunda
           yerlәşәn kәnd.
           239  Әhmәrov Şahbazgirey (Axmerov Şaxbazqirey, 1853–1900) –
           tatar zadәganı, maarifçi, publisist, pedaqoq, ictimai xadim, Kazan
           Şәhәr Dumasının qlasnısı. Cәdidizm (yenilәşmә) hәrәkatını dәstәklәmiş,  637
           tatar mәktәblәrinin müasirlәşdirilmәsi ilә bağlı islahatlar aparılmasının
           vә rus dilinin geniş yayılmasının tәrәfdarı kimi çıxış etmişdi. 1881-ci
           ildәn Kazan Müәllimlәr Seminariyasında rus dili müәllimi idi.
           240  Qneyts – söhbәtin kimdәn getdiyini müәyyәnlәşdirmәk mümkün
           olmadı.
           241
              Şeyx-Әli  – burada, çox güman ki, general Әli-Şeyxәlinin qızı,
           Sәlim Girey Canturinin xanımı Sofiya Şeyx-Әli nәzәrdә tutulur. O,
           Rusiya müsәlmanlarının mәdәni-ictimai hәyatında fәal iştirak edirdi.
           Ufanın mәşhur mәdrәsәlәrindәn birinin – “Mәdrәseyi-Qaliyә”nin
           açılmasında әn çox maddi yardım göstәrәnlәrdәn biri idi.
           242  Nijnidә iclas – 1909-cu ilin avqustunda Nijni-Novqorodda növbәti
           yay yarmarkası zamanı “İttifaqi-müslimin” partiyası dumanın müsәlman
           üzvlәrinin dә qatıldıqları siyasi xarakterli toplantı keçirmişdi. Lakin
           polis basqını nәticәsindә tәdbir yarımçıq qalmışdı. Hәmin gün iclasa
           Rusiya Müsәlmanları İttifaqının 26 nәfәr tanınmış nümayәndәsi
           toplaşmışdı. Aralarında K.M.Tevkelov, Ә.Topçubaşov, M.M.Devlet-
           Qildeev vә b. vardı. Şübhәli bir şey tapılmadığından polis heç kәsi
           hәbs etmәmişdi. İclas iştirakçıları yalnız dumanın müsәlman fraksiyasının
           fәaliyyәti haqda hesabatı dinlәmәyә imkan tapmışdılar.
   632   633   634   635   636   637   638   639   640   641   642