Page 619 - design_Topcubashov_Full_Layout 1
P. 619

İzahlar və şərhlər

           46  Nәcәf bәy Vәzirov (1854–1926) – M.F.Axundov әnәnәlәrini davam
           etdirәn dramaturq, ictimai xadim, publisist.  Azәrbaycan drama -
           turgiyasında faciә janrının banisi.
           47  Әbdürrәhim bәy Haqverdiyev (1870–1933) – nasir, yazıçı, dip -
           lo mat, alim, ictimai xadim. Azәrbaycan әdәbiyyatında ilk tarixi dram
           müәllifi.  Azәrbaycan Cümhuriyyәtinin Ermәnistan vә Dağlılar
           Respublikasında sәfiri. Sovet dövründә “әmәkdar mәdәniyyәt işçisi”
           fәxri adına layiq görülmüşdü.
           48  Sultan Mәcid Qәniyev (daha dәqiq: Sultan Mәcid Qәnizadә,
           1866–1937) – tanınmış pedaqoq, maarif tәşkilatçısı, yazıçı, tәrcümәçi,
           jurnalist vә lüğәtşünas. Mәşhur “rus-tatar” mәktәblәri şәbәkәsinin
           qurulmasında böyük rolu olmuşdu.  Azәrbaycan Cümhuriyyәti
           Parlamentinin üzvü (1918–1920).
           49  “Tәrcüman”  – әsası İsmayıl bәy Qaspıralı tәrәfindәn qoyulan,
           1883–1918-ci illәrdә Krımın Bağçasaray şәhәrindә Krım-tatar türkcәsi
           vә rus dillәrindә çap olunan ictimai-siyasi, әdәbi-mәdәni qәzet.
           Türkçülüyün yayılmasında mühüm rolu olmuşdu. Azәrbaycanda da
           populyar idi.
           50  Ümmi Gülsüm xanım Şeyx-Әliyeva – kumık әsilli general Әli
           Şeyxәliyevin (1845–1917-ci ildәn sonra) xanımı, Orenburq müsәlman
           ruhani idarәsinin sәdri Sәlim Girey Tevkelovun (1805–1885) bacısı.  619
           1903-cü ildәn etibarәn Peterburqda qadın müsәlman xeyriyyә
           cәmiyyәtinin fәaliyyәtinә rәhbәrlik etmiş, tatar qızları arasında dünyәvi
           tәhsilin yayılması sahәsindә xidmәt göstәrmişdi.
           51  Müftiyevlәr ailәsi – Krım tatarlarının mәşhur zadәgan nәsillәrindәn
           biri. Ailәnin tarixi Krım xanlığının Rusiyaya birlәşdirilmәsi (1783)
           әrәfәsindә yarımadada yerli müsәlmanların dini rәhbәri olmuş Müfti
           Müsәllәf Әfәndidәn başlayır. Bu ailәdә general-mayor Batır Çәlәbi
           Müftizadә (1817–1886), Krım tatarlarının ilk hәrbi tarixçisi polkovnik
           İsmayıl Murza Müftizadә (1841–1917) kimi hәrbçilәr vә ziyalılar
           yetişmişdilәr.
           52
             Akçurinlәr – tatar murzaları (knyaz) nәsli. Öz tarixini 1509-cu
           ildә knyaz tituluna layiq görülmüş Akçura Adaşevdәn götürür. Tatar
           kimliklәrini vә islam dininә bağlılıqlarını qoruyub saxlaya bilmişdilәr.
           53  Deberdeyevlәr – XVIII әsrdәn başlayaraq Penza vilayәtindә
           yaşayan zәngin tatar tacirlәri nәsli. Nәslin nümayәndәsi Murza Baxtı
           Deberdeyev tәxminәn 1670-ci illәrdә zadәgan sayılmaları üçün sәy
           göstәrsә dә, müvәffәq ola bilmәmişdi.
           54  Zöhrә xanım Qaspıralı (1864–1903) – İsmayıl bәy Qaspıralının
           xanımı, “Tәrcüman”ın nәşrindә onun әn yaxın kömәkçilәrindәn biri.
           Maarifçi fәaliyyәti ilә dә tanınırdı. Akçurinlәr nәslindәn idi.
   614   615   616   617   618   619   620   621   622   623   624