Page 614 - design_Topcubashov_Full_Layout 1
P. 614

İZAHLAR VӘ ŞӘRHLӘR

                  1  “Kaspi” – Bakıda 1881–1919-cu illәrdә rus dilindә çap olunan ic ti -
                  mai-siyasi vә iqtisadi qәzet. 1897-ci ildә mәtbәәsi ilә birlikdә H.Z.Ta -
                  ğıyev tәrәfindәn satın alınmışdı. 1898–1906-cı illәrdә Ә.Topçubaşovun
                  redaktorluğu altında çap olunurdu. İki әsrin qovşağında Azәrbaycan
                  hәyatının müxtәlif sahәlәrini geniş vә obyektiv işıqlandırdığına görә
                  dövrün ictimai-siyasi dairәlәrindә “Müsәlman “Kaspi”si” kimi
                  mәşhurlaşmışdı.
                  2  Sokolinski Nikolay Alekseyeviç (1841–1897) – Bakıda yaşamış
                  rus jurnalisti, 1889–1897-ci illәrdә “Kaspi”nin redaktoru. Onun
                  rәhbәrliyi dövründә “Kaspi” populyarlığını artıraraq mühüm nәşrә
                  çevrilmişdi.
                  3  Hacı Zeynalabdin Tağıyev (1838–1925) – azәrbaycanlı milyonçu,
                  mesenat. Maarif vә mәdәniyyәtә ardıcıl himayәsi ilә tanınırdı. Bakıda
                  ilk teatr binasının tikilmәsi, azәrbaycanlı qızlar üçün mәktәbin,
                  Kommersiya mәktәbinin açılması, xeyriyyә cәmiyyәtinin, milli
                  mәktәblәr şәbәkәsinin tәsisi, mәtbuata himayә onun adı vә fәaliyyәti
                  ilә sıx bağlı olmuşdu. Cümhuriyyәt dövründә milli hökumәtlә ardıcıl
                  әmәkdaşlıq yolunu tutmuşdu.
                  4  Aleksandra Fyodorovna (1872–1918) – Rusiya imperatriçәsi,
                  1894-cü ildәn II Nikolayın arvadı.
                  5 Aleksandr Nevski kilsәsi – Bakıda tikintisi 1898-ci ildә başa
         614
                  çatdırılan kilsә kompleksi, kafedral. Bünövrәsi 1888-ci ilin oktyabrında
                  ailә üzvlәri ilә birlikdә Qafqazda sәfәrdә olan imperator III Aleksandr
                  tәrәfindәn qoyulmuşdu. Qafqazın әn böyük pravoslav kilsәsi sayılırdı.
                  1936-cı ildә bolşeviklәr tәrәfindәn uçurulmuşdu.
                  6
                    Mәrdәkan Bağçılıq mәktәbi – әsası 1895-ci ildә H.Z.Tağıyev
                  tәrәfindәn qoyulmuş ixtisaslaşdırılmış kәnd tәsәrrüfatı mәktәbi. İxtisas
                  tәhsili vermәklә bәrabәr, ikisinifli tәhsil müәssisәsi kimi fәaliyyәt
                  göstәrirdi.
                  7
                   Bakı Kommersiya mәktәbi – әsası H.Z.Tağıyevin maddi vәsaiti
                  ilә 1900-cü ildә qoyulmuş ixtisaslaşdırılmış texniki mәktәb. Mәktәbin
                  mәşhur mesenatın da tikintisinә böyük ianә verdiyi binasında hazırda
                  Azәrbaycan Dövlәt Pedaqoji Universiteti yerlәşmәkdәdir. İlk
                  universitetimiz dә burada açılmışdı.
                  8  Staroselski Dmitri Sergeyeviç (1832–1834) – rus hәrbçisi vә
                  dövlәt mәmuru. General-leytenant. 1872–1875-ci illәrdә Bakı
                  qubernatoru, 1878–1884-cü illәrdә Qafqaz canişinliyi baş idarәsinin
                  departament direktoru vәzifәlәrindә çalışmışdı. Bakıda maarif vә
                  mәdәniyyәtin inkişafına yardım göstәrmiş, “Әkinçi”nin nәşrinә dәstәk
                  vermişdi. Şәhәrdә ilk rusdilli qәzet – “Bakinskie izvestiya” onun
                  tәşәbbüsü ilә tәsis olunmuşdu.
   609   610   611   612   613   614   615   616   617   618   619