Page 620 - design_Topcubashov_Full_Layout 1
P. 620
İzahlar və şərhlər
55 Pәmbә xanım Bolatukova – İsmayıl Qaspıralının doğma bacısı,
1893-cü ildәn müәllimlik etmiş, Krımın müxtәlif yerlәrindә qızlar
üçün dәrslәrin yeni üsulla keçirildiyi mәktәblәr açmışdı.
56
Hәnifә xanım Mәlikova (1856–1928) – pedaqoq, ictimai xadim.
Hәsәn bәy Zәrdabinin xanımı vә silahdaşı. Balkar türklәrinin mәşhur
Abayevlәr nәslindәn idi. Bakıda açılan ilk rus-müsәlman qız mәktәbinin
müdirәsi olmuş, hәyatının sonuna qәdәr xalq maarifi sahәsindә
çalışmışdı.
57 Mәryәm xanım Sulkeviç – Litva tatarı. Pedaqoq, Bakıdakı rus-
müsәlman qız mәktәbinin müәllimi vә direktoru, Bakı Qadın Xeyriyyә
Cәmiyyәtinin fәal üzvlәrindәn biri olmuşdu.
58 Şәfiqә xanım Şeyxzadә-Әfәndizadә (1882–1959) – pedaqoq,
publisist vә yazıçı. Azәrbaycanın ilk qadın jurnalistlәrindәn sayılır.
Azәrbaycan müәllimlәrinin I qurultayının (1906) iştirakçısı olmuşdu.
59
Sara xanım Axundova – pedaqoq, inqilabdan әvvәl rus-müsәlman
qız mәktәbindә vә Bakıda azәrbaycanlı qızlar üçün açılmış müxtәlif
mәktәblәrdә çalışmışdı.
Rәhilә xanım Terequlova-Hacıbababәyova (1885–1938) – pedaqoq,
60
1902–1907-ci illәrdә rus-müsәlman qız mәktәbinin müәllimәsi, Bakı
III rus-tatar qız mәktәbinin müdirәsi (1908–1914) olmuş, Bakı Qadın
620
Xeyriyyә Cәmiyyәtinin sәdri kimi geniş fәaliyyәt göstәrmişdi.
61 Sona xanım Tağıyeva (1881–1932) – Hacı Zeynalabdin Tağıyevin
ikinci xanımı. Azәrbaycanda qadın tәhsili vә xeyriyyәçilik sahәsindәki
bir sıra işlәr onun adı ilә bağlıdır.
62 Sona xanım Tağıyevanın atası rus ordusunun general-leytenantı
Balakişi bәy Әrәblinski (1828–1902) idi.
63 Knyaginya Devletkildeyeva Fatimә – Volqaboyunda qadın
tәhsilinin pionerlәrindәn biri, Xәdicә Әhmәrovanın Kazanda qızlar
üçün açdığı rus-tatar mәktәbinin müәllimi. Tarixi XVI yüzillikdәn,
Baybars Murza Devletkildeyevdәn başlayan mәşhur tatar knyazları
nәslinә mәnsub idi.
64 Feyzxanova Әminә – tatar maarifçisi, Kazan Universiteti Şәrq
dillәri mühazirәçisi Xusain Feyzxanovun (1823–1866) qızı. Yeniyetmәlik
illәrini mәşhur şәrqşünas Mirzә Kazımbәyin oğlu, senator
L.A.Kazımbәyin ailәsindә keçirmişdi. Müsәlman qadın hәrәkatında
fәal iştirak etmiş, xeyriyyәçilik fәaliyyәti ilә mәşğul olmuş, Kazanda
qızlar üçün rus-tatar mәktәbi açmışdı.
65
Bәydәmirova Hәlimәtelbanat (1876–1906) – Hazırda Rusiya
Federasiyasının Ryazan vilayәtinin tabeliyindә olan vә Mişer tatarlarının