Page 659 - design_Topcubashov_Full_Layout 1
P. 659
İzahlar və şərhlər
413 Әbdülәli bәy Әmircanov (1870–1948) – Azәrbaycan siyasәtçisi
vә dövlәt xadimi, Azәrbaycan Cümhuriyyәti Parlamentinin üzvü.
Azәrbaycan Cümhuriyyәti hökumәtindә maliyyә naziri vә dövlәt
nәzarәtçisi vәzifәlәrindә çalışmışdı. 1920-ci ildәn sonra Türkiyәdә
mühacirәt hәrәkatının fәal xadimlәrindәn biri olmuşdu.
414 Zәkaülmülk Mәhәmmәdhüseyn (1877–1942) – İran maarifçisi,
yazıçı, diplomat, Paris sülh konfransında İran nümayәndә heyәtinin
üzvü. Rza şah hakimiyyәti dövründә yeddi dәfә İranın baş naziri
olmuş, habelә İran Parlamentinin sәdri seçilmişdi. Bir sıra elmi
әsәrlәrin dә müәllifidir.
415 İntizamülmülk (1879–?) – İran diplomatı, Paris sülh konfransında
İran nümayәndә heyәtinin üzvü.
416
Mirzә Hәsәn xan (1868–1950) – fars siyasәtçisi, Qacar dövrünün
dövlәt xadimi. İranda Mәşrutә inqilabının aparıcı simalarından biri
kimi tanınırdı.
417
Sulukidze Georgi Davıdoviç (1860–1923) – gürcü hәrbçisi,
general-mayor. Rusiya imperiyası, 1918–1921-ci illәrdә isә gürcü
ordusunda xidmәt etmişdi. 1919-cu ildәki Gürcüstan-Ermәnistan
hәrbi qarşıdurması zamanı gürcü ordusunun komandanı. Gürcüstanın
sovetlәşmәsindәn sonra “Hәrbi mәrkәz” adlı gizli hәrbi tәşkilatda
fәaliyyәtinә görә ittiham olunaraq güllәlәnmişdi. 659
418 Nakaşidze Givi Aleksandroviç – gürcü siyasәtçisi, Paris sülh
konfransında iştirak edәcәk gürcü nümayәndә heyәtinin üzvü. Lakin
viza ala bilmәdiyindәn konfransa qatıla bilmәmişdi. Sonrakı taleyi
bәlli deyil.
419
Nikoladze Nikolay (Niko) Yakovleviç (1843–1928) – gürcü
publisisti, maarifçi vә ictimai xadim. XIX әsrin ikinci yarısında gürcü
ictimai fikrinin Avropa miqyasında tanınan nümayәndәsi. 1918–1921-ci
illәrdә Xalq Demokratik Partiyasının sәdri kimi Gürcüstanın
müstәqilliyinә öz töhfәlәrini vermәyә çalışmışdı.
420 Qambaşidze David (?–1946) – gürcü diplomatı, Gürcüstan Xarici
İşlәr Nazirliyinin әmәkdaşı. 1918–1921-ci illәrdә Gürcüstanın Böyük
Britaniyada diplomatik nümayәndәsi olmuşdu.
421
Bekzadyan Aleksandr Artyomoviç (1879–1938) – ermәni mәnşәli
sovet diplomatı. 1920–1921-ci illәrdә Sovet Ermәnistanının xarici
işlәr naziri. Sonrakı illәrdә SSRİ-nin Almaniya, Norveç, Macarıstan
kimi ölkәlәrdәki diplomatik nümayәndәliklәrindә çalışmışdı. Azәrbaycan
Cümhuriyyәti hökumәti 1918-ci ildә bolşeviklәrә yaxınlığına, daha
doğrusu, gizli bolşevik olduğuna görә onu Ermәnistan sәfiri kimi
qәbul etmәmişdi.