Page 656 - design_Topcubashov_Full_Layout 1
P. 656
İzahlar və şərhlər
16–23 noyabr tarixlәrindә Rumıniyanın Yassı şәhәrindә keçirilәn
toplantısı. Müşavirәdә bolşevik rejiminә son qoymaq üçün fәaliyyәt
proqramı işlәyib-hazırlamaq mәsәlәsi müzakirә olunmuşdu. Lakin
hәmin әrәfәdә Birinci Dünya müharibәsinin başa çatması vә qüvvәlәr
nisbәtinin yeni xarakter alması müşavirәnin hәr hansı әmәli tәdbirlәr
planlaşdırmasına vә hәyata keçirmәsinә imkan vermәmişdi.
389
Sulkeviç Masey Aleksandroviç (1865–1920) – Polşa tatarı, rus
ordusunun generalı. 1918-ci ilin iyun-noyabr aylarında Krım
Respublikasının baş naziri vә hәrbi naziri, 1918–1919-cu illәrdә
Azәrbaycan Cümhuriyyәti Milli Ordusunun Baş Qәrargah rәisi
olmuşdu. Azәrbaycanın sovetlәşmәsindәn sonra bolşeviklәr tәrәfindәn
güllәlәnmişdi. Krımda Süleyman Sulkeviç, Azәrbaycanda isә
Mәhәmmәd Sulkeviç kimi tanınmışdı.
390
Solomon Krım Samoyloviç (1867–1936) – Karaim türkü, Krım
hökumәtinin başçısı (1918–1919), kadet partiyasının üzvü. Görkәmli
aqronom vә xeyriyyәçi. Tavriya Universiteti yaradılmasının tәşәbbüskarı
olmuşdu.
391 Vinaver Maksim Moiseyeviç (1863–1926) – rus hüquqşünası vә
siyasi xadim. I Dövlәt Dumasının üzvü. Kadet partiyasının liderlәrindәn
biri. 1919-cu ildә Krımın xarici әlaqәlәr naziri. Siyasi mühacir.
656 392 Nabokov Vladimir Dmitriyeviç (1869–1922) – rus hüquqşünası,
siyasi xadim, jurnalist, publisist. Kadet partiyasının görkәmli
simalarından biri. I Dövlәt Dumasının üzvü. 1919-cu ildә Solomon
Krımın rәhbәrlik etdiyi Krım Respublikasının әdliyyә naziri vәzifәsini
tutmuşdu. Mәşhur rus yazıçısı V.V.Nabokovun atasıdır.
393 Amet (Leo d`Amade Albert Gerard, 1856–1941) – fransız
hәrbçisi, diviziya generalı. 1915-ci ildә Dardanel ekspedisiyası hәyata
keçirildiyi zaman fransız ordusu Şәrq ekspedisiya qoşunlarının
komandanı tәyin edilmişdi.
394 Savçenko Vladimir İvanoviç (1875–1957) – Tiflis sakini, Rusiya
imperiyası Xarici İşlәr Nazirliyinin әmәkdaşı. 1918–1919-cu illәrdә
keçmiş xarici işlәr naziri S.D.Sazonovun şәxsi katibi. 1919-cu ildә
Rusiya nümayәndә heyәtinin tәrkibindә Paris sülh konfransının siyasi
mәşvәrәt mәclislәrindә iştirak etmişdi. Ә.Topçubaşovla Tiflisdәn
tanış idi. Onunla Bakıda, Tiflisdә, İstanbulda vә Parisdә dәfәlәrlә
görüşmüşdü.
395 “Petit Parisien” – Üçüncü Respublika dövrünün populyar gündәlik
ictimai-siyasi fransız qәzeti. 1876–1944-cü illәrdә Parisdә çap olunurdu.
396
Marne döyüşü – 1914-cü il sentyabrın 5–12-dә Marn çayı üzәrindә
almanlarla birlәşmiş ingilis-fransız hәrbi qüvvәlәri arasında baş tutan