Page 661 - design_Topcubashov_Full_Layout 1
P. 661

İzahlar və şərhlər

           429  Vordrop (Sir John Oliver  Wardrop, 1864–1948)  – ingilis
           diplomatı, Böyük Britaniyanın Qafqazdakı ali komissarı. Britaniya
           qoşunlarının Qafqazdan çıxarılması ilә әlaqәdar 1919-cu ilin avqustunda
           regiona göndәrilәn missiyanın başçısı. Eyni zamanda Gürcüstan üzrә
           mütәxәssis, görkәmli kartveloloq-alim kimi tanınırdı.
           430
              Xalqlar konfransı  – Birinci Dünya müharibәsinin nәticәlәri
           әsasında 1919-cu il yanvarın 18-dәn 1920-ci il yanvarın 21-nә qәdәr
           Parisdә tarixi  Versal sarayında  Antanta dövlәtlәrinin,  ABŞ vә
           Yaponiyanın sәdrliyi, 27 dövlәtin vә müstәqilliyini yeni elan etmiş
           dövlәtlәrin tәmsilçilәrinin iştirakı ilә keçirilәn sülh konfransı.
           431
              Nümayәndә heyәti – Azәrbaycan Parlamentinin 28 dekabr 1918-ci
           il tarixli qәrarı ilә konfransda Azәrbaycan hökumәtini tәmsil etmәk
           üçün yaradılan nümayәndә heyәti. Onun tәrkibinә Ә.Topçubaşov
           (sәdr), M.Hacınski (sәdrin müavini), Ә.Ağayev, Ә.Şeyxülislamov
           (üzvlәr), M.Mәhәrrәmov, M.Mehdiyev, C.Hacıbәyli (müşavirlәr)
           habelә texniki әmәkdaşlar (tәrcümәçilәr, katiblәr, kuryerlәr vә c.)
           daxil idilәr.
           432  “Renaissance”  – 1908–1920-ci illәrdә İstanbulda nәşr olunan
           fransızdilli ermәni qәzeti. Osmanlı imperiyasındakı ermәni
           burjuaziyasının vә daşnaksutyun partiyasına yaxın siyasi qüvvәlәrin
           mövqeyini müdafiә edir, Anadolu vә Azәrbaycan türklәrinә münasibәtdә  661
           düşmәn mövqe tutur, hәr vasitә ilә onları Avropa ictimaiyyәtinin, ilk
           növbәdә isә Antanta dövlәtlәrinin gözündәn salmağa çalışırdı.
           433
              İttihadçılar – Osmanlı imperiyasında XIX әsrin sonlarından
           etibarәn sultan hakimiyyәtinә müxalif siyasi qüvvә kimi meydana
           çıxan, ilk vaxtlar Türkiyә hüdudlarından kәnarda – Avropa ölkәlәrindә
           vә Misirdә fәaliyyәt göstәrәn, 1909-cu ildә hakimiyyәtә gәlәn İttihad
           vә Tәrәqqi partiyasının üzvlәri.
           434  Tomson (Thomson William Montgomery, 1877–1963) – Britaniya
           ordusunun general-leytenantı, 1918-ci il noyabrın 18-dә Britaniya
           Hindistan ordusunun 2000 әsgәri ilә Mudros sülh anlaşmasının
           şәrtlәrinә uyğun olaraq Müttәfiq dövlәtlәr adından Bakını tutmuş,
           özünü şәhәrin general-qubernatoru elan etmişdi. Amma bir müddәt
           sonra ölkәdәki yeganә qanuni hakimiyyәt kimi F.Xoyski hökumәtini
           tanıdığını bildirmişdi.
           435  Maklakov Vasili Alekseyeviç  (1869–1957)  – rus hüquqşünası,
           siyasi xadim, II, III, IV Dövlәt Dumalarının üzvü. Müvәqqәti
           hökumәtin Fransaya sәfiri tәyin edilmişdi. Rus siyasi mühacirәtinin
           әn fәal xadimlәrindәn biri kimi tanınırdı. Parisdә mason lojasının
           üzvü vә Mühacir Komitәsinin sәdri olmuşdu.
   656   657   658   659   660   661   662   663   664   665   666